Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Dekabrın 11-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Tovuz şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarının sakinləri iştirak ediblər.
Ətraflı məlumat
Vergilər nazirinin müavini Mətin Eynullayev dekabrın 18-də Saatlı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Q.Qarayev küçəsi, 5) Saatlı, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumat
Dekabrın 9-da Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Ətraflı məlumat
Vergilər nazirinin müavini Sahib Ələkbərov dekabrın 13-də Astara şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Heydər Əliyev küçəsi, 34) Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumat
Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib və Komissiyaya sədrlik Azərbaycana ötürülüb. İclasda TRASEKA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Ətraflı məlumat
Dekabrın 6-da Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş“in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Ətraflı məlumat
Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuz rayonunda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Abulbəyli kəndi, Nizami klubunun yanı) Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumat
Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.
Ətraflı məlumat
Noyabrın 27-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Abşeron, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən olan sakinlər iştirak ediblər.
Ətraflı məlumat
2019-cu ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə yaddaş
Ətraflı məlumat
Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskva şəhərində bu ölkənin İqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşüb.
Ətraflı məlumat
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Sənaye və ticarət naziri Denis Manturovla görüşüb. Görüş zamanı vurğulanıb ki, 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dolları təşkil edib
Ətraflı məlumat
Vergilər nazirinin müavini Sahib Ələkbərov noyabrın 27-də Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev küçəsi, 135a) Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumat
Noyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilib. İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Ətraflı məlumat
Noyabrın 18-də Vergilər nazirinin müavini Mətin Eynullayev Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Ətraflı məlumat
Vergilər Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində ekspert cəmiyyəti ilə əməkdaşlığı davam etdirir. Noyabrın 15-də nazirlikdə növbəti belə görüş keçirilib. Vergi Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərə həsr olunmuş görüş iqtisadçı ekspertlərin məlumatlandırılması, habelə onların dəyişikliklər barədə təkliflərinin dinlənilməsi məqsədi daşıyıb.
Ətraflı məlumat
Noyabrın 14-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinləri iştirak ediblər.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktoru xanım Daniela Myulini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ətraflı məlumat