Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 14,4 faiz artıb

2023-cü ilin yanvar-oktyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 532,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 2,7 milyard manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz artaraq 148,7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5 faiz artıb və 110,1 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 765,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,8 faiz artıb və 539,2 milyon manat təşkil edib.