Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
İqtisadsiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,4 min vahid artıb və 2023-cü il avqust ayının 1-nə 1.755,4 minə çatıb.
Ətraflı məlumat
Sadələşdirilmiş vergi ödəyicisi səhhətilə əlaqədar son iki rüb ərzində heç bir fəaliyyət göstərməyib və vergi orqanına hesabat təqdim etməyib. Boş hesabatlar xəbərdarlıqdan sonra təqdim edilərsə, maliyyə sanksiyaları tətbiq olunacaqmı?
Ətraflı məlumat
2023-cü il avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.470.553 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin yanvar – iyul ayları ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,0 faiz, hüquqi şəxslərin sayı 9,3 faiz artıb.
Ətraflı məlumat
Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Ətraflı məlumat
21.08.2023-cü il tarixi bir sıra bəyannamələrin təqdim edilməsinin son günüdür!
Ətraflı məlumat
"Əlavə dəyər vergisinin məqsədləri üçün onlayn qeydiyyata alınma haqqında ərizə"nin tərtib olunması və göndərilməsi barədə videotəlimat.
Ətraflı məlumat
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib.
Ətraflı məlumat
15.08.2023 və 21.08.2023-cü il tarixləri bir sıra vergi və sığorta haqlarının ödənilməsinin son günüdür!
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə keçirilən müsabiqə başa çatıb. Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən namizədlər vergi orqanlarının kadr ehtiyatına daxil edilib. Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.
Ətraflı məlumat
Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatlarını həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması hallarının aşkarlanması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Ətraflı məlumat
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək.
Ətraflı məlumat
2023-cü il avqustun 2-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Ətraflı məlumat
Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ömer Bolat arasında görüş keçirilib. Görüşdə nazir Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələri iqtisadi sahədə də əməkdaşlığı, birgə təşəbbüslərin reallaşdırılmasını sürətləndirir.
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 iyul 2023-cü il tarixinə muxtar respublika ərazisində 1.826 obyektdə 1884 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Ətraflı məlumat
Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.
Ətraflı məlumat
İyulun 21-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Gülnar Ağazadə ilə mentorluq proqramına başlayıb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin uşaqları üçün maarifləndirici-əyləncəli tədbir keçirib.
Ətraflı məlumat