Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza vasitəsi ilə mümkün olacaq.
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində 2023-cü ilin yanvar-aprel aylarında istehlakçılara ümumilikdə 545.232 kassa çeki üzrə 157,1 min manatdan çox, cari ilin aprel ayında isə 182.721 kassa çeki üzrə 52,6 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və bununla əlaqədar təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığı və görüşləri davam etdirir.
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində tətbiq edilən yeni vergi inzibatçılığı çərçivəsində sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi prosesinə başlanılıb.
Ətraflı məlumat
Beynəlxalq yarışda təşkilatçı tərəfindən pul mükafatına layiq görülən şəxslərin vergi ödəmək öhdəliyinin olub-olmamasına dair suala İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təmsilçisi Günel Bəhramqızı aydınlıq gətirir.
Ətraflı məlumat
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün vətəndaşlar hara müraciət etməlidirlər? "Biznes mühiti"nin ilk buraxılışının qonağı Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov suallara aydınlıq gətirir.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “Startap” şəhadətnaməsi ilə fəaliyyət göstərən, eləcə də digər mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülmüş işlər, yeniliklər mövzusunda onlayn formatda görüş keçirilib.
Ətraflı məlumat
2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1.938 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 87,6 faizi fiziki, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Ətraflı məlumat
22.05.2023-cü il tarixi bir sıra bəyannamələrin təqdim edilməsinin son günüdür!
Ətraflı məlumat
Beynəlxalq vergitutma sahəsində dəyişən tendensiyaların nəzərə alınması, beynəlxalq vergitutma prinsiplərinin tətbiq edilməsi, transfer qiymətləri ilə bağlı aparılan sövdələşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin olunması və vergidən yayınma sxemlərinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na bir sıra dəyişikliklər edilib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasına start verilib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanıında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir.
Ətraflı məlumat
2023-cü ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1.442.086 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,6 faiz, hüquqi şəxslərin sayı isə 9,6 faiz artıb.
Ətraflı məlumat
İdxalı əvəz edən yerli məhsulun istehsalına münasibətdə vergi güzəşti nəzərdə tutulurmu?
Ətraflı məlumat
2023-cü ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 200.859 şəxs qəbul edilib və onlara 383.576 sayda xidmət göstərilib ki, bunlardan 104 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 97 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Ətraflı məlumat
Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formaları, həmin bəyannamələrə əlavələrin formaları və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib.
Ətraflı məlumat
2023-cü ilin may ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 732,2 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz artıb və 42 min təşkil edib.
Ətraflı məlumat
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 88.454 ədəd yeni nəsil NKA quraşdırılıb.
Ətraflı məlumat
2023-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 176,1 milyon manat artıb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən, “Ulu Öndərin vergi sisteminin formalaşmasında rolu” mövzusunda media nümayəndələri üçün təlim və müsabiqə təşkil olunub.
Ətraflı məlumat