Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvan MR-də vergi daxilolmaları 34,9 faiz artıb

2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 202,8 milyon manat vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz çoxdur. Cari ilin 11 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 128 faiz icra edilib.