Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İlkin Etibar oğlu Vəliyev 
Xidmət rəisinin müavini
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

28 may 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Qərb Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakültəsini bitirmişdir.

2001-2002-ci illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2002-2004-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinin auditi Baş İdarəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2004-2009-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2009-2010-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəis müavini işləmişdir.

2010-2011-ci illərdə Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəis müavini işləmişdir.

2011-2013-cü illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2013-2015-ci və 2015-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, 2015-ci ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifələrində çalışmışdır.

2016-cı ilin fevral-mart aylarında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

09 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə tərtif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.