Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Daha 301 yerli investisiyalı MMC yeni üsulla qeydiyyata alınıb

2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1.352.229 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8%, o cümlədən fiziki şəxslərin sayı 10,1%, hüquqi şəxslərin sayı isə 7,8% artıb. 

Yanvar-fevral ayları ərzində 2.163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur. Həmin kommersiya qurumlarının 84,9%-i elektron qaydada, 15,1%-i kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb. 2.163 kommersiya qurumundan 89,8%-i yerli investisiyalı, 10,2%-i xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub. 

Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb. 

Yanvar və fevral aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,3% təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,6% təşkil edib.

Yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı 29,5% artıb. Martın 1-nə dövlət qeydiyyatında olan 147.874 kommersiya qurumundan 89.128-nin vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,2% artıb, xüsusi çəkisi isə artaraq 60,3%-ə çatıb.

Mart ayının 1-nə 320 publik hüquqi şəxs, 17.082 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin 11.544-nün fəaliyyəti aktivdir, 4.631-nin fəaliyyəti dayandırılıb, 907-i isə ləğv edilib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artıb.