Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Azərbaycan nümayəndə heyəti üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

Daşkənddə keçirilən üçüncü Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada Azərbaycan və Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib. Forum çərçivəsində təşkil edilən “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri müzakirə olunub.

Sessiyada Özbəkistanla enerji sektoru, yüngül sənaye, avtomobil sənayesi, tikinti, turizm və digər sahələrdə perspektiv layihələr, həmçinin nəqliyyat-logistika, Orta Dəhliz müstəvisində səmərəli işbirliyinin qurulmasına dair fikir mübadiləsi aparılıb.