Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İqtisadiyyat Nazirliyində Gert Yan Koopmanla görüş keçirilib

Avropa İttifaqı ilə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Kopmanla görüşüb.

Görüşdə  Avropa İttifaqının 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası, COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Tərəflər növbəti illər üzrə ortaq prioritetlərə uyğun potensial əməkdaşlıq sahələrini nəzərdən keçiriblər.