Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüssonla görüşündə COP29 çərçivəsində müəyyənləşdirilmiş hədəflər və iqlim maliyyəsi üzrə ümumi öhdəliklərlə bağlı məsələlər müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüsson ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə Azərbaycanda keçiriləcək COP29 tədbiri, “yaşıl” keçid, sahibkarlığın inkişafı məsələləri nəzərdən keçirilib. Tərəflər COP29 çərçivəsində müəyyənləşdirilmiş hədəflər, iqlim maliyyəsi üzrə ümumi öhdəliklər və digər potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.