Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysla görüşüb.

Görüşdə tərəfdaşlıqdan məmnunluq ifadə olunub, Dünya Bankı Qrupu ilə işbirliyi çərçivəsində infrastruktur, məşğulluq və digər sahələrdə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadi inkişafı dəstəklədiyi vurğulanıb. Qurumun Azərbaycanın inkişaf səylərinə sadiq olduğu diqqətə çatdırılıb. 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyi, Azərbaycanın daha yaşıl və inlküziv iqtisadiyyata keçidini dəstəkləyəcəyi qeyd olunub.

Tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və digər potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.