Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı ilə görüş keçirilib

Avropa İttifaqı ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birgə Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen ilə görüşüb. 

Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olduğu vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı əlaqələrin, o cümlədən, iqtisadi, enerji və investisiya əməkdaşlığının inkişafına hər iki tərəf maraqlıdır.

Tərəflər yaşıl enerjiyə keçidin və regional təşəbbüslərin təşviqi, Avropa İttifaqı ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.