Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyinin kollektivi 20 yanvar faciəsinin ildönümünü yad edib

1990-cı ilin 20 Yanvar hadisələrindən 29 il keçir. 20 Yanvar faciəsi Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, həm də müasir tariximizin qəhrəmanlıq səhifələrindən biri hesab edilir. 

Yanvarın 18-də Vergilər Nazirliyi tərəfindən 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş anım mərasimində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi və dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən təqdim edilən proqramda milli və xarici bəstəkarların əsərlərindən ibarət ədəbi-bədii kompozisiya ifa olunub.