Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İqtisadiyyat Nazirliyində Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri ilə görüş keçirilib

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə birgə layihələrin və qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Tərəflər gündəlikdə duran məsələlər, o cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparıblar.