Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyə ilə tekstil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyənin "Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş." şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə şirkətin mövcud fəaliyyəti barədə məlumat verilib, tekstil istehsalı layihəsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə təşəbbüslər Azərbaycanda tekstil sənayesinin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Qeyd olunub ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, eləcə də şirkətin təcrübəsi, yüksək texnoloji istehsal infrastrukturu və beynəlxalq ticarət əlaqələri Azərbaycanda da bu sahəyə investisiya qoyuluşları üçün geniş imkanlar açır.