Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Monteneqro ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Monteneqronun turizm naziri ilə görüşdə ticarət, investisiya, nəqliyyat və turizm üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Monteneqronun turizm naziri Simonida Kordiç ilə görüşüb.

Görüşdə Azərbaycanın Monteneqro ilə iqtisadi münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Şərq və Qərbin,  Şimal və Cənubun strateji kəsişməsində əsas sərmayə imkanlarını araşdırmaq məqsədi daşıyan Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun bu baxımdan yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər ticarət, investisiya, nəqliyyat, turizm və qarşılıqlı maraq doğuran digər sahələr üzrə işbirliyinin gücləndirilməsi haqqında müzakirə aparıblar.