Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru ilə görüşdə infrastruktur və Zəngəzur dəhlizi üzrə birgə fəaliyyət imkanları nəzərdən keçirilib. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bu baxımdan, AYİB-lə uğurlu tərəfdaşlıq qeyd olunub. Bildirilib ki, Bankla həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin tətbiqini sürətləndirir. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün işbirliyi imkanları diqqətə çatdırılıb.

Tərəflər su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər sahələrdə birgə fəaliyyət perspektivləri haqqında müzakirə aparıblar.