Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Serbiyanın Milli Assambleyasının sədri ilə görüş keçirilib

Serbiyanın Milli Assambleyasının sədri ilə görüşdə ticarət, investisiya, biznes, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir. Serbiya ilə iqtisadi sahədə əməkdaşlığın geniş potensiala malik olduğu bildirilib, müxtəlif iqtisadi istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb. Serbiya şirkətlərinin ölkəmizdə reallaşdırılan iqtisadi layihələrdə iştirak imkanları diqqətə çatdırılıb.

Görüşdə iqtisadi sahədə birgə təşəbbüslərin önəmi qeyd olunub, ticarət, investisiya, biznes, enerji və digər sahələrdə işbirliyinin səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.