Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbulu edib, görüşdə ikitərəfli münasibətlərin prioritet istiqamətləri müzakirə olunub. 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Qəbul zamanı vurğulanıb ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə intensiv inkişaf edir və iqtisadi əməkdaşlığa mühüm töhfələr verir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial var. 

Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.