Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Tatarıstanın Baş nazirinin müavini ilə görüş keçirilib

Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri ilə görüşdə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi, birgə istehsalın təşkili üçün geniş imkanların mövcudluğu vurğulanıb. Ticarət, sənaye, energetika, logistika, təhsil, səhiyyə və digər sahələrdə işbirliyinin inkişafı istiqamətində perspektivlər, həmçinin Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə olunub.

Tərəflər birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və həyata keçirilən digər təşəbbüsləri dəyərləndiriblər.