Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın təşviqi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Asienbrücke” Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri Andreas Şoyer ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın təşviqi və qarşılıqlı biznes əlaqələrinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər investisiya qoyuluşları, enerji layihələri, logistika və tranzit imkanları, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı da daxil olmaqla bir sıra prioritet sahələrdə əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.

Qeyd edək ki, “Asienbrücke” Almaniya və Avropa ilə Asiya ölkələri arasında iqtisadi, siyasi və sosial körpü qurmağı hədəfləyən beynəlxalq assosiasiyadır. Assosiasiya biznes dairələri, dövlət qurumları və ictimai təşkilatları bir araya gətirərək tərəfdaşlıq layihələrinin təşviqi, investisiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Təşkilat enerji, ticarət, logistika, innovasiya və regional inkişaf sahələrində çoxşaxəli əməkdaşlıq platforması yaradır.