Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

ABŞ dövlət katibinin köməkçisi ilə görüş keçirilib

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi ilə videokonfrans formatında görüşdə enerji layihələri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə Azərbaycanın ABŞ ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında iqtisadi sahədə işbirliyini dərinləşdirmək üçün geniş potensial var.

Görüş zamanı Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Tərəflər Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə ediblər.