Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımı bəşər tarixinin insanlıq əleyhinə törədilmiş ən ağır və qəddar cinayətlərindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu kütləvi qırğın dinc əhalinin ağır itkiləri ilə nəticələnmişdir. Lakin xalqımızın iradəsi, milli birliyi və azadlıq əzmi heç vaxt sarsılmadı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu, işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Xocalı rayonunda dövlət bayrağımız qürurla dalğalanmağa başladı. Bu gün Xocalıda ucalan üçrəngli bayrağımız tarixi ədalətin bərpasının rəmzidir.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.