Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Özbəkistanla strateji tərəfdaşlığın inkişafı, iqtisadi əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında həyata keçirilən layihələrin iqtisadi əməkdaşlığın gücləndirilməsində əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin icrası, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.