Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı Qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri, birgə  layihələr, İİB Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən enerji, infrastruktur, su təchizatı və digər istiqamətlərdə reallaşdırılan layihələrin  ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsində, özəl sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb. Ticarət və regional inteqrasiyanın, qlobal əlavə dəyər zəncirlərinə çıxışın, sabit makroiqtisadi mühitin  ölkəmizi xarici investorlar üçün cəlbedici investisiya məkanına çevirdiyi qeyd olunub. Bildirilib ki, Toplantıların Bakıda təşkili ölkəmizin investisiya potensialının regional və beynəlxalq miqyasda daha da tanıdılmasına töhfə verəcək.

İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Toplantıların tərəfdaşlıqların gücləndirilməsi və Qrupa üzv ölkələrdə dayanıqlı inkişafı təşviq edəcək innovativ həllərin irəlilədilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Toplantılar, eyni zamanda, qlobal çağırışların birgə müzakirəsi və ortaq inkişaf üçün yeni imkanların müəyyən edilməsi üçün mühüm platformadır.

Görüşdə Bakıda keçiriləcək İİB Qrupunun İllik Toplantılarının rəsmi mövzusunun “Dayanıqlı rifah naminə regional inteqrasiya”ya həsr olunduğu bəyan edilib.

Tərəflər İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri və nəzərdə tutulan tədbirlər, iqtisadiyyat, o cümlədən maliyyə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, gələcək əməkdaşlıq perspektivləri  barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İİB Qrupunun 51-ci İllik Toplantıları 16-19 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcək. İnkişaf üzrə dialoq üçün aparıcı qlobal platforma rolunu oynayacaq tədbirlərdə maliyyə, iqtisadiyyat və digər sahələr üzrə məsul nazirlər, beynəlxalq maliyyə institutlarının və özəl sektorun rəhbər şəxsləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.