Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Azərbaycan və Birləşmiş Krallıq iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, innovasiya, rəqəmsallaşma və digər sahələrdə birgə fəaliyyət perspektivlərini nəzərdən keçiriblər.

Bununla yanaşı, qarşılıqlı investisiyaların təşviqi, qeyri-neft-qaz sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta biznesin dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxış kimi istiqamətlər əməkdaşlığın əsas prioritetləri kimi vurğulanıb. Görüşdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin və yeni investisiya təşəbbüslərinin təşviqinin əhəmiyyəti qeyd edilib.