Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Azərbaycan və Çad iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan ilə Çad Respublikası arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Çad Respublikasının dövlət naziri, maliyyə, büdcə iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Çad Respublikası arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün mövcud potensialı yüksək qiymətləndiriblər.

Müzakirələr zamanı ticarət, investisiya, enerji, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə mübadiləsinin və işgüzar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.