Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüş keçirilib

Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə iqtisadi təşəbbüslərin təşviqi və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün sənaye, enerji, nəqliyyat-logistika və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.