Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Rumıniya Prezidentinin müşaviri ilə görüş keçirilib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurka ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi və tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər enerji, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətlərdə həyata keçirilən birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional əlaqələrin inkişafına və yeni iqtisadi imkanların formalaşmasına töhfə verir.

Müzakirələr zamanı qlobal çağırışlar şəraitində qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsi və ortaq həllərin təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.