“Karadeniz Holding” ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Türkiyənin “Karadeniz Holding”i ilə investisiya imkanları və birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Karadeniz Holding”inin İdarə Heyəti sədrinin müavini Orhan Remzi Karadeniz ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, enerji sektorunda əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran potensial layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərini, investisiya imkanlarını və birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

23 sentyabr 2026, 20:16