Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Qlobal maliyyə bazarlarında yaranan yeni imkanlar və onların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından yaratdığı perspektivlər müzakirə olunub.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri Robert F. Smith ilə görüşüb.

Görüşdə Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və beynəlxalq investorlar üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparılıb.

Qlobal maliyyə bazarlarında yaranan yeni imkanlar və onların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından yaratdığı perspektivlər müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran yeni investisiya istiqamətlərini nəzərdən keçirib, Azərbaycan ilə “Vista Equity Partners” arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.