Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Daxili nəzarət mexanizmləri ilə bağlı sənədlər təsdiq edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) daxili nəzarət mexanizmlərinin gücləndirilməsi və xidməti fəaliyyətin təkmilləşdirilməsi məqsədilə “Daxili nəzarət prosedurları” və “Daxili xidmət intizam qaydaları” yeni redaksiyada təsdiq edilib. 

Sənədlər DVX-nin fəaliyyətində daxili nəzarətin sistemli və vahid yanaşma əsasında həyata keçirilməsinə, mövcud proseslərin effektivliyinin qiymətləndirilməsinə, mümkün risklərin vaxtında müəyyən edilməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə, həmçinin əməkdaşların xidməti fəaliyyətində intizamın, peşəkar davranış prinsiplərinin və məsuliyyətin gücləndirilməsinə xidmət edir. Qaydaların yeni redaksiyada tətbiqi əməkdaşların xidməti vəzifələrinin icrasında vahid tələblərə riayət olunmasına, təşkilati mədəniyyətin inkişafına və iş proseslərinin daha səmərəli təşkilinə töhfə verəcək.