Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Tağıyev Əli Sabir ta***@mail.ru ID: 7043
Salam. Aliment ilə bağlı məsələyə aydınlıq gətirməyinizi istəyirəm. Tutaq ki, dövlət müəssisəsində işçinin maaşı 800 manatdırsa və 20% aliment tutulmalıdır. O zaman vergi, aliment və digər məcburi tutulmalar (3%, 0.5% və 2%) hansı qaydada hesablanacaq? Xahiş edirəm, konkret olaraq açıq şəkildə tutulmaları rəqəmlərlə qeyd edəsiniz.
07/10/2022 Прочитано: 211 Средняя стоимость: 3

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. 

Buna əsasən alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

3/5 (3 Средняя стоимость)
Оцените:
Səmədov Əfsər su***@mail.ru ID: 7042
Salam. Mən heç bir yerdə işləmirəm, rayonda yaşayıram. "Mygov.az"-da qeydiyatdan keçdim və şəxsi məlumatımda hal-hazırda "EKOSERVİS-A" MMC-də işlədiyim məlum oldu. Mən heç bir yerdə işləmirəm, mənə bu işdə kim köməklik edə bilər?
07/10/2022 Прочитано: 92 Средняя стоимость: 5

Qüvvədə olan əmək müqavilələri haqda məlumat əldə etmək və sorğunuzda qeyd olunan halın araşdırılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142,www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Namizəd Əyyubov Məmmədəli ey***@mail.ru ID: 7039
Aylıq əmək haqqısı 1230,0 manat olan işçiyə növbəti əmək məzuniyyəti hesablanan zaman, ay ərzində hesablanan əmək haqqı və məzuniyyət haqqı 2500,00 manatdan çox olur. Məsələn, işçi noyabr ayının 1-dən əmək məzuniyyətinə buraxılırsa məzuniyyət haqqı qanunla oktyabr ayının 25-i və ya sonrakı günlərdə hesablanıb noyabr ayının 1-nə kimi ödənməlidir. Bu halda oktyabr ayı ərzində hesablanan əmək haqqı və məzuniyyət haqqı 2500,00 manat həddindən çox olur. Bu halda gəlir vergisi hansı dərəcə ilə hesablanmalıdır? Əvvəlcədən təşəkkürümü bildirirəm. Mümkündürsə cavabı email ünvanına göndərin.
06/10/2022 Прочитано: 145 Средняя стоимость: 0

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Dövlət və neft-qaz sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. 

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Seymur Səmədov Ədalət se***@gmail.com ID: 6871
ƏDV ödəyicisi olan müəssisə hansı halda ƏDV məbləğini və ya əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləğini alınan malın və ya istehsal olunan məhsulun üzərinə gələ, birbaşa xərcə silə, bölüşdürülməmiş mənfəətdən azalda bilər?
05/10/2022 Прочитано: 224 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən mallar, eləcə də xidmətlər əldə olunarkən ödənilən ƏDV məbləği Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirilə bilmədikdə, ƏDV məbləği həmin malların və ya xidmətlərin dəyərinə əlavə edilir. Qeyd olunan mal və ya xidmətlər üzrə çəkilən xərclər gəlirin əldə olunması ilə bağlı olduqda, həmin xərclər vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. 

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 175-ci maddələri.

4/5 (6 Средняя стоимость)
Оцените:
Elçin Əmrahov Allahverdi oğlu em***@gmail.com ID: 7037
Salam, mən Vergillər məcəlləsinin 101.1, 102.1.6 və 102.2-ci maddələrinin tətbiqi ilə bağlı aşağıda qeyd etdiyim məsələnin aydınlaşdırılması üçün müraciət edirəm. Belə ki, 101.1- ci maddəyə əsasən işçinin vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatadək olduqda verginin miqdarı 14 faizlə hesablanır və 102.1.6-cı maddəsinə əsasən isə Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Həmçinin 102.2-ci maddəyə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Sualım: Əgər işçinin hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatdan çox olarsa ancaq 102.2,102.3,102.4 və 102.5-ci maddələrdə qeyd olunan güzəştlər işçiyə tətbiq edildikdən sonra Vergi tutlmalı olan aylıq gəlirin məbləği 2500 manatdan az olarsa bu zaman gəlir vergisi hesablanan zaman 102.1.6-cı maddədə qeyd olunan 200 manat məbləği vergidən azad olacaqmı? Fikrimi daha dəqiq qeyd etmək üçün belə bir numunə misal göstəririəm. Əgər, işçinin aylıq gəliri 2650 manat olarsa və işçi 102.3-cü maddədə göstərilən 200 manat məbləğində güzəşt hüququna sahib olarsa bu zaman vergi hesablanması aşağıdakı hesablamalardan hansına uyğun olacaq? 1. Vergi tutulan aylıq gəlir məbləği: 2650-200=2450 (2450-200)*14%=315 2. Vergi tutulan aylıq gəlir məbləği: 2450 2450*14%=343
05/10/2022 Прочитано: 107 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2650 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur və  200 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Буркин Александр ne***@gmail.com ID: 6897
Добрый день. Я стал индивидуальным предпринимателем. Меня интересует какие налоги и какой процент с полученного дохода я должен платить? Годовой доход у меня будет меньше 200 000 манат. И как часто мне необходимо оплачивать налоги, каждый месяц, каждый квартал или раз в год?
05/10/2022 Прочитано: 143 Средняя стоимость: 5

Лицо, получающее доход от предпринимательской деятельности и ставшее на налоговый учет в качестве плательщика упрощенного налога, рассчитывает сумму налога путем применения ставки 2% на объем валовой выручки, полученной за предоставленные товары (работы, услуги) и имущество, а также внереализационные доходы в течение отчетного квартала.

Физическое лицо - плательщик упрощенного налога - освобождается от уплаты НДС и подоходного налога от предпринимательской деятельности. Лица, указанные в статье 218.5 Налогового кодекса, не обладают правом уплаты налогов по упрощенной системе. 

Индивидуальный предприниматель, получающий доход от предпринимательской деятельности и ставший на налоговый учет в качестве плательщика подоходного налога, должен рассчитывать налог с полученного в течение отчетного года дохода, т.е. с разницы между налогооблагаемым доходом и расходами, разрешенными к вычету главой Х Налогового кодекса, по ставке 20%. Рассчитанная сумма подается "Декларацией подоходного налога" в налоговый орган не позднее 31 марта года, следующего после отчетного года.

Индивидуальный предприниматель, являющийся плательщиком подоходного налога, в течение отчетного года раз в квартал, в порядке, установленном статьей 151 Налогового кодекса, должен выплачивать в бюджет сумму текущей налоговой выплаты по подоходному налогу, а по завершении отчетного года произвести окончательные расчеты с бюджетом до подачи декларации.

Налогоплательщик подоходного налога, объем налогооблагаемых операций которого в любой месяц (месяцы) в периоде 12 последовательных месяцев превышает 200.000 манатов, в течение 10 дней следующего месяца должен обратиться в налоговый орган с заявлением для регистрации плательщиком НДС, а после регистрации выполнять налоговые обязательства плательщика НДС.

Рекомендуем ознакомиться с разделом «Налоговый гид» нашего сайта, чтобы получить более подробную и полную информацию о некоторых процедурах, связанных с налоговым учетом, а также об упомянутых системах налогообложения.

Обоснование ответа: Статьи 16, 33, 101, 155, 218 и 220 Налогового кодекса Азербайджанской Республики.

5/5 (1 Средняя стоимость)
Оцените:
İlqar Abbasov Adil il***@inbox.ru ID: 6896
Salam. Bilmək istərdim ki, mənfəət vergisi ödəyicisi olan ictimai iaşə müəssisəsi son 12 ayda 195 000 manat dəyərində xidmət göstərərək elektron qaimə yazmışdırsa, lakin həmin dövrdə bank hesabına 205 000 manat daxil olmuşdursa (o cümlədən 10000 manat avans ödənilibsə) həmin müəssisənin xidmət dövriyyəsi hansı məbləğ hesab olunur? Həmin müəssisə ƏDV qeydiyyatına düşməlidirmi?
05/10/2022 Прочитано: 261 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur.

Buna əsasən sorğuda göstərilən halda cəmiyyətə ödənilən avans məbləğləri vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200.000 manat həddinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 155-ci maddələri. 

5/5 (7 Средняя стоимость)
Оцените:
Qəzənfər Qəzənfərli Elşən qz***@gmail.com ID: 7034
Salam. Mənim bir yaxınımın işlədiyi kursda müəllimlərin maaşının bir hissəsi hesablarına köçür, bir hissəsi isə əldən verilir. Müəllimlərin maaşının fərqli olduğuna baxmayaraq sistemdə minimum əmək haqqı qeyd olunur və işçilər əmək müqaviləsi bağlanılmadan müəyyən müddət işlədilir, əmək haqqı isə əldən verilir. Bu barədə nə edə bilərəm?
05/10/2022 Прочитано: 114 Средняя стоимость: 4

Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

4/5 (1 Средняя стоимость)
Оцените:
Məmmədov Bəhmən Azər be***@gmail.com ID: 7033
Salam, mən asan imza sertifikatı almışdım təxmini 3 il əvvəl. Asan nömrəyə sertifikarın müddətinin bitəcəyi ilə bağlı ismarıc gəlib. Müddəti uzatmaq üçün hara müraciət etməliyəm və hansi sənədləri gətirməliyəm? Çox sağolun.
05/10/2022 Прочитано: 98 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir Cəfərov sa***@gmail.com ID: 7028
Salam. Xaric şirkətə müqavilə əsasında proqram təminatı xidməti göstərirəm və bunun qarşılığında hər ay həmin xarici şirkət mənim VÖEN-ə bağlı xarici valyutudakı bank hesabıma ödəniş edir. Qeyd edim ki, hüquqi şəxs kimi yox fiziki şəxs kimi qeydiyyatayam. Aşağıdakı sullara cavab verməyinizi sizdən xahiş edirəm. 1) Əgər mənim bank hesabıma 12 ay ərzində daxil olan məbləğ 200.000 AZN keçərsə mən ƏDV ödəyicisi olmağım tələb olunurmu və əgər olacaqsa hansı dərəcə ilə ƏDV ödəyicisi sayılır proqram təminatının yazılması xidmətinin ölkə xaricindəki şirkətə göstərilməsi (Azərbaycandan xarici şirkətə kompüter vasitəsilə elektron qaydada göstərilir). 2) Digər sual fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmasi üçün limit 200.000 AZN güzəşt məbləği son 12 ay üçün hesablanır, yoxsa hər cari ilin yanvar ayında sifirlanir və növbəti ilin üçün yenidən hesablanır? 3) Fiziki şəxs VOEN hesabındakı məbləği digər VOEN hesabina köçürmə etdikdə bunu vergi arayışında və ya il sonunda vergi beyannaməsində xərc kimi göstərə bilərmi?
05/10/2022 Прочитано: 195 Средняя стоимость: 0

Bildiririk ki, vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olur.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın dəyərinin 18 faizidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 155-ci və 173-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Fariz Atabəy oğlu fa***@dmx.gov.az ID: 7026
Vergi Məcəlləsinin 164.1.19. maddəsində qeyd edilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən Qeyri-rezidentlərdən xüsusi proqram təminatlarının (antivirus, lisenziya və sair.) alınması zamanı, onlara ödənilən məbləğdən 10% ÖMV tutulmalıdırmı?
04/10/2022 Прочитано: 314 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 164-cü maddəsində sadalananlar əlavə dəyər vergisinin məqsədləri üçün vergi ödəməkdən azad edilmə hallarını tənzimləyir.

Qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsində qeyd olunan dərəcələrlə vergi tutulur. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan qeyri-rezident tərəfindən proqram təminatı üzrə göstərilən xidmətlərə görə aparılan ödənişlərdən royalti predmetini təşkil etmədiyi halda ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 125-ci, 164-cü maddələri.

 

 

3/5 (2 Средняя стоимость)
Оцените:
Haciyev Ravil Eldar ra***@0gmail.com ID: 7022
Salam. Müharibə iştirakçıları vergilərdən azaddır? Məndən bir ildir vergi tuturlar, tutulan vergiləri qaytarırlar?
03/10/2022 Прочитано: 122 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Sorğunuzda qeyd olunan halda, müvafiq vergi güzəşti təsdiq edici sənəd əsasında 1 yanvar 2022-ci il tarixdən tətbiq olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevda se***@gmail.com ID: 7018
Salam. Almaniya vergi-rezidenti (Azərbaycan vətəndaşı, uzun illər Almaniyada yaşayır) Azərbaycana geri qayıtmaq məqsədi ilə Almaniya bank hesabında olan vəsaitini öz Azərbaycan bankındakı hesabına köçürmək istəyir. Sual: Köçürüləcək vəsaitə görə Azərbaycanda hər hansı vergi ödənilməlidirmi? Əvvəlcədən təşəkkürlər.
02/10/2022 Прочитано: 130 Средняя стоимость: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 97-ci, 99-cu, 101-ci, 102-ci, 127-ci və 149-cu maddələri.

1/5 (1 Средняя стоимость)
Оцените:
Mahmud Mahmudov Hidayət ma***@gmail.com ID: 7017
Salam hər vaxtınız xeyir olsun, deməli mən Mahmudov Mahmud Hidayət oğlu, 2017-ci il iyul ayı həqiqi hərbi xidmətə başlamışam Naxçıvan Muxtar Respublikasında. Lakin, ilk aydan sonra aparılar tibbi müayinədən sonra mənim səhhətimin hərbi xidmətə uyğun olmadığı müəyyən olunmuş və 2017-ci il sentyabr ayında tərxis olunmuşam hərbi xidmətdən və hərbi biletimdə hərbi xidmətdə olduğum hərbi hissə haqqında məlumat və s. var. Lakin qeyd olunub ki, müharibə dövründə yararlı, sülh dövründə yararsız. Mən bilmək istəyirəm, bu hərbi biletlə vergi xidmətində imtahan verib işləmək şansım varmı? Lütfən, cavablandırarsınız təşəkkürlər.
02/10/2022 Прочитано: 95 Средняя стоимость: 5

Bildiririk ki, çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər.

Sorğunuzda qeyd olunanlara əsasən Siz, vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak üçün müraciət edə bilərsiniz.  

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Səadət Quliyeva Nizami gu***@gmail.com ID: 7013
Salam. Mən öyrənmək istəyirdim ki, imtahan ildə yalnız 1 dəfə keçirilir? Noyabr ayındakı imtahandan başqa imtahan olurmu? Olursa, nə vaxt olur? Təşəkkürlər.
02/10/2022 Прочитано: 78 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənova Jalə Elxan ca***@gmail.com ID: 7007
Salam. ƏDV ilə internet 18 manat ödənişi etmişəm, amma yüklənməyib. Amma, hesabdan silinib. Nə edə bilərəm?
01/10/2022 Прочитано: 75 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağaəli Qurbanov Qu***@gmail.com ID: 7006
Salam, mənə bələdiyyədən bildirdilər ki, torpaq və əmlak vergisi üzrə borc var. Amma faizin gəlməsini başa düşə bilmədim. Əgər faiz hesablanırdısa nəyə görə mənə indi bildirirlər?
30/09/2022 Прочитано: 231 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 59-cu, 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Qəribov Alxaz Abid oğlu al***@mail.ru ID: 7005
Yanacaq doldurma məntəqəsi yanacaq daşımaq üçün dəyəri 50000 manat olan yanacaq daşıyan avtomobil alıb. Həmin avtomobilə görə 9000 manat ƏDV ödənilib. Ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi? Avtomobil əsas vəsait kimi uçota alınarkən, ödənilmiş ƏDV onun ilkin uçot dəyərinə əlavə edilməlidirmi?
30/09/2022 Прочитано: 246 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Buna əsasən, kapital xarakterli xərclər çəkilməklə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri vergi ödəyicisinin Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Əvəzləşdirilmiş ƏDV məbləği isə, aktivin dəyərinə əlavə edilmir.

Əsas: Vergi Məcəlləsinin 143-cü və 175-ci maddələri. 

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Ramilə Muradova ra***@gmail.com ID: 7003
Adımda pay torpaq sahəsi var, amma aktladır. Mən ünvanlı sosial yardım almaq istəyirəm. Aktda da ailə üzvlərimizin adı var.
30/09/2022 Прочитано: 131 Средняя стоимость: 0

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin (aktın, şəhadətnamənin, qeydiyyat vəsiqəsinin) və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəbrayıl la***@vmf.az ID: 7002
Salam bilmək istərdim ki, yeni MMC yaratmışam və təsisçisi özüməm. MMC-yə direktor təyin etmişəm hüquqi şəxslərin dövlət reyestr xidmətindən çıxarış almışam. Həmin çıxarışda MMC-nin qanuni təmsilçisi təyin etdiyim direktordur. İndi isə direktorun işdən azad edib başqa şəxsi direktor təyin etmişəm. Sualım odur ki, mən yeniden reyestrden çıxarış almalıyam?
30/09/2022 Прочитано: 179 Средняя стоимость: 0

Bildiririk ki, kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi zamanı vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlər əsasında qeydiyyat orqanı hüquqi şəxsin məlumatlarında dəyişiklik edir və 5 iş günü ərzində dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.) vergi ödəyicisinə təqdim edilir və ya elektron kabinetə göndərilir.

Məlumat üçün bildiririk ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Средняя стоимость)
Оцените: