Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Nihad Rəhimli Səbuhi ni***@gmail.com ID: 6999
Salam. 1) Biz elektron qaimə əsasında 27.09.2022 tarixində malsatana əsas məbləğ ödənişi tam şəkildə etmişik. ƏDV ödənişini isə 28.09.2022 tarixində tam şəkildə qarşı tərəfə etmişik, bu halda biz ödədiyimiz ƏDV-ni əvəzləşdirmək hüquna malikik? 2) Bu halda bizə maliyyə sanksiyası tətbiq olunacaqdırmı?
29/09/2022 Прочитано: 138 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Buna əsasən, sorğuda qeyd olunan halda müvafiq qaydada ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsinə məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab2. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan halda mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəna Bəşirova Elman re***@gmail.com ID: 6997
Salam. Sualım İnstagram bizneslərinin vergi ödəmələri qanunu haqqındadır. Əgər bir şəxs biznesin instagram səhifəsindən məhsul sifariş edib, ödəniş edib amma qəbz almayıbsa vergi xidmətinə şikayət edə bilərmi? Edə bilərsə hansı informasiya ilə və nə şəkildə şikayət yazmalıdır? Təşəkkür edirəm
29/09/2022 Прочитано: 137 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Elvin Cəbrayılzadə Rövşən el***@bk.ru ID: 6996
Salam. 1)Mən xarici ticarət saytlarından istifadə edərək ölkəyə satış məqsədli mallar idxal etmək istəyirəm. Təbii ki, bunu qanun çərçivəsində etmək üçün müəyyən şərtlər və gömrük rüsumları nəzərdə tutulub. Bu haqda ətraflı məlumat almaq istərdim. Rüsumun həcmi və şərtlər haqda. 2) Bu malları şəxsən özüm Türkiyəyə gedib gətirmək üçün hansı şərtlər və rüsumlar nəzərdə tutulur? Zəhmət olmasa bu suallara aydınlıq gətirərdiniz. Çünki yazılmış maddələri oxuduqda tam aydın və konkret olmur.Təşəkkürlər
29/09/2022 Прочитано: 136 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əli Əliyev Ələsgər ta***@gmail.com ID: 6985
Salam. Mən hazırda Almaniyada yaşayıram və Bakıda yaşayan atamın bank hesabına pul köçürtmək istəyirəm. Bilmək istərdim ki, transfer ediləcək pula görə Azərbaycanda hər hansı vergi tutulur? Əvvəlcədən təşəkkür edirəm.
28/09/2022 Прочитано: 234 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.

Həmçinin məlumat üçün bildiririk ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Azərbaycan Respublikasının rezidenti olduğunuz halda, Almaniya Federasiyasında gəlir əldə etmək hüququnuz yarandığı gündən gec olmayaraq Azərbaycan Respublikasında vergi orqanına müraciət edərək uçota alınmalı, əldə etdiyiniz gəlirlərdən müvafiq təsdiqedici sənədlər əsasında gəlirin əldə edilməsi ilə bağlı xərcləri çıxdıqdan sonra 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəməlisiniz.

Bu zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə həmin ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən vergilərin ödənildiyini təsdiq edən sənədin əsasında Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101-ci, 102-ci və 127-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Gülnur Kərimova Kərim gu***@gmail.com ID: 6955
Salam, noyabr ayında keçiriləcək imtahanla bağlı olaraq elektron ərizə formasını doldururam, amma qəbul düyməsini sıxanda xəta baş verdiyi yazılır. 3 gündür ki, qeydiyyatdan keçə bilmirəm. Nə edə bilərəm, zəhmət olmasa cavablandırardız.
28/09/2022 Прочитано: 149 Средняя стоимость: 5

Bildiririk ki, namizədlər internet vasitəsi ilə müsabiqədə iştirak ilə bağlı elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, o cümlədən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.  

5/5 (2 Средняя стоимость)
Оцените:
Kərim İbrahimov me***@mail.ru ID: 6978
Salam. Hüquqi şəxsin təsisçisinin dəyişdirilməsi proseduru necədir? Hansı muddətdə dəyişmək olar?
28/09/2022 Прочитано: 182 Средняя стоимость: 5

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim eilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Vüqar Əliyev Əli oğlu vu***@gmail.com ID: 6977
Salam. Mən heç bir VÖEN açmadığım halda, adıma VÖEN aktiv olunub. Mən ölkə xaricində olduğum üçün idarəyə gələ bilmirəm, xahiş edirəm VÖEN-i deaktiv eləmək üçün mənə köməklik edəsiniz.
28/09/2022 Прочитано: 103 Средняя стоимость: 0

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Eyni zamanda bildiririk ki, Siz etibarnamə əsasında səlahiyyətli nümayəndəniz vasitəsilə vergi orqanına müraciət edərək vergi uçotunuz və mövcud öhdəlikləriniz haqda məlumatları əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elvin Məmmədov el***@inbox.ru ID: 6976
Salam, Dövlət Vergi Xidmətində çalışmaq üçün, ixtisas fərqi vardırmı? Yoxsa istənilən ixtisas sahibləridə imtahanda iştirak edə bilər, misalçün ixtisası müəllim olanlar. 2-ci sualım isə ondan ibarətdir ki, imtahana hazırlaşmaq üçün hansı materiallardan istifadə etməliyəm? Təşəkkürlər.
28/09/2022 Прочитано: 70 Средняя стоимость: 5

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Yuxarıda qeyd olunan müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. 

Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilmişdir. 

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Səbinə sm***@bk.ru ID: 6975
Salam. Sizə sualım sağlamlıq vəziyyətinə görə hərbi xidməti keçməyən şəxs, vergi orqanlarında işə qəbul edilə bilərmi? Bununla bağlı qanunvericilikdə istisna hallar qeyd olunmuşdur. Sağlamlıq vəziyyətinə görə hərbi xidməti keçməyən şəxs istisna hallara aidirmi? Əvvəlcədən təşəkkür edirəm.
28/09/2022 Прочитано: 55 Средняя стоимость: 0

Bildiririk ki, çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Musayeva Günay Vasif sa***@gmail.com ID: 6972
Salam. Mən sosial yardım ala bilmək üçün müraciət etmək üçün maraqlanırdım. Adıma pay torpaq sahəsi olduğu üçün SUN lazımdır dedilər. Bilmək istəyirdim, VÖEN açanda rüsum ödənilirmi? Ödənilirsə, nə qədərdir? Bu haqda ətraflı məlumat verməyinizi istəyərdim.
28/09/2022 Прочитано: 103 Средняя стоимость: 0

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin (aktın, şəhadətnamənin, qeydiyyat vəsiqəsinin) və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Eyni zamanda bildiririk ki, uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayıl Süleymanov Fəxrəddin su***@gmail.com ID: 6967
Salam, zəhmət olmasa, mənə köməklik göstərərdiniz. Noyabr ayında keçiriləcək imtahan üçün qeydiyyatdan necə keçmək olar?
27/09/2022 Прочитано: 89 Средняя стоимость: 0

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 19.09.2022-ci il tarixdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 19.09.2022-ci il saat 10:00-dan 16.10.2022-ci il saat 23:59-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az və www.e-taxes.gov.az) yerləşdirilmiş elanda qeyd olunan elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. 

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, o cümlədən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Kamil Murad oğlu ka***@gmail.com ID: 6798
Mən fiziki şəxs kimi fəaliyyət göstərirəm. Vergilərə dair mükəlləfiyyətim ƏDV və Gəlir vergisi üzrədir. Sahibkar kimi əsas fəaliyyətim Yanacaqdoldurma məntəqəsi sahəsidir. Yanacağın satılması üçün məntəqəyə əsasən yanacaqlar ARDNŞ (SOKAR) struktrunda olan H.Əliyev adına Bakı Neft Emalı zavodundan daşınır. Daşınma (təchizat) məntəqəyə aid yük qəqliyyat vasitəsilə həyata keçirilir. Əvvəlki illərdə daşınma (təchizat) xərcinin “nəqliyyat xərcləri” olaraq “gəlirdən çıxılan xərclər” kimi tanınması Dövlət Vergi xidməti tərəfindən illik təqdim olunan “Gəlir Vergisi Bəyannaməsi”ndə qəbul edilməmişdir. Bununla bağlı 26 iyul 2022-ci il tarixdə Tarif (qiymət) Şurasınıın qəbul edilmiş qərarında tarif dəyişilmişdir. Belə ki, Şuranın indiyədək qüvvədə olan qərarına əsasən neft məhsullarının topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilirdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq bundan sonra tərəfimizdən neft məhsullarının daşınması (təchizatı) həyata keçirilərsə, çəkilən xərclərin “Gəlr Vergisi Bəyannaməsi”ndə “nəqliyyat xərcləri” kimi gəlirdən çıxılan xərclərə aid olub-olmaması barədə məlumat verməyinizi xahiş edirəm.
27/09/2022 Прочитано: 225 Средняя стоимость: 5

Bildiririk ki, 26 iyul 2022-ci il tarixədək qüvvədə olmuş “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14.01.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi göstərilmişdir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Qərarı ləğv edilmişdir.

Təsdiq edilən yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir.3

Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı.
 

5/5 (5 Средняя стоимость)
Оцените:
Süleyman Hüseynli Rəşad su***@gmail.com ID: 6964
Salam. Mən 1 il bundan qabaq "edvgerial"-da qeydiyyatdan keçmişəm. Keçdiyim nömrə hal hazirda işləmir. Mən nömrəni necə dəyişə bilərəm? ƏDV kabinetimdəki nömrəni yeni nömrə ilə əvəz etmək istiyirəm. Zəhmət olmasa, mənə bu barədə kömək edəsiniz.
26/09/2022 Прочитано: 57 Средняя стоимость: 5

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Məmmədov Rafiq Hüsü oğlu mu***@gmai.com ID: 6963
İşçi, 1-ci Qrup 14.09.1964-cü il təvəllüdlü psixi qüsürlu bacısına qəyyum təyin edilib. Onun əmək haqqından ödəmə mənbəyində (gəlir vergisi) vergi tutularkən nə qədər güzəşt müəyyən edilməlidir?
26/09/2022 Прочитано: 94 Средняя стоимость: 0

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Средняя стоимость)
Оцените:
Ömərov Kənan Ke***@gmail.com ID: 6961
VÖEN-in bağlanması və borcun olub-olmaması haqda məktub almaq istəyirik. Bunu Ayna Sultanova ünvanında yerləşən mərkəzdən başqa haradan əldə etmək olar?
26/09/2022 Прочитано: 76 Средняя стоимость: 0

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması və borcun olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Xidmət mərkəzlərinin ünvanları aşağıdakılardır:
Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 44 (N.Nərimanov adına metro stansiyasının yaxınlığı).
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 276 (Neftçilər metro stansiyasından 78 №-li avtobus xətti).
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 10a (Binə t/m, 124 №-li, Sədərək t/m 174 №-li, Bakı Beynəlxal Avtovağzalından 130 №-li, qəsəbədaxili 111 №-li avtobus xətləri).
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin "Elit" hissəsinin 2-ci mərtəbəsi, Sədərək Xidmət Mərkəzi.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin girişi, Binə Xidmət Mərkəzi.
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 15 (85, 199, 20, 67, 94, 211, 3, 33, 26 №-li avtobus xətləri).

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənova Samirə Maxsud sa***@gmail.com ID: 6957
İdxal edilən toyuq ƏDV dən azaddırmı?
25/09/2022 Прочитано: 204 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. 

Göründüyü kimi, ƏDV-dən azadolma heyvan və quş ətinin idxalına deyil, satışına tətbiq olunur. 

Əsas: Vergi Məcələsinin 164-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəhlul Məlikov be***@gmail.com ID: 6952
Hərbi xidmətə yararsızlar vergi işinə qəbul ola bilirmi?
23/09/2022 Прочитано: 91 Средняя стоимость: 5

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. 

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Oktay Əfəndili Bəhruz ok***@gmail.com ID: 6951
Mən VÖEN-imi ləğv etmək istəyirəm. Hara yaxınlaşmalıyam?
23/09/2022 Прочитано: 80 Средняя стоимость: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

5/5 (1 Средняя стоимость)
Оцените:
Abdullayev Ziya Piroğlan oğlu zi***@gmail.com ID: 6950
Salam. Mənim VÖEN-im var (1504753242) müvəqqəti dayandırılıb 2019-cu ildən və bu ilin mart ayının 31-i vergiyə yaxınlaşaraq ləğv üçün müraciət etdim. Həm asan imza, həm də kod-parolumu itirmişəm deyə heç bir məlumat ala bilmirəm. 195 ilə əlaqə saxladıqda oradan bildirdilər ki, hələ də ləğv edilməyib. Səbəbini bilmək istərdim, niyə ləğv olunmayıb hələ də?
23/09/2022 Прочитано: 98 Средняя стоимость: 4

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunur. Müraciətinizin icra vəziyyəti ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

4/5 (3 Средняя стоимость)
Оцените:
Sərvanov Şakir Bayram oğlu s.***@mail.ru ID: 6948
Salam. Misal üçün deyirəm: Deyək ki, Mən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Vergi Ödəyicisi kimi Dövlət qeydiyyatına alınmışam və Azərbaycan Respublikasının ərazisində Neft Məhsullarının pərakəndə satışı işi ilə məşğul olan sahibkaram. Satdığım hər 1000 litr neft məhsuluna görə 100 litr bonus verirəm. Sualım ondan ibarətdir ki, istehlakçıya (alıcı) bonus olaraq verdiyim məhsulu Mənfəət və Gəlir Vergisi Bəyannamələrində xərc olaraq göstərə bilərəm? Bonus olaraq təqdim etdiyim mallar hansı formada rəsmiləşdirilməlidir? Mənfəət və ya Gəlir Vergisi Bəyannamələrində bonus olaraq təqdim etdiyim malları hansı formada göstərə, bəyan edə bilərəm? Təşəkkür edirəm.
23/09/2022 Прочитано: 223 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Həmçinin, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 14-cü, 96-cı, 104-cü və 159-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените: