Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

AYİB biznesin inkişafını dəstəkləyir. Öz maliyyə investisiyaları, biznes xidmətləri və yüksək səviyyəli dialoqu vasitəsilə sahibkarlığı təşviq etmək və həyat şəraitini yaxsılaşdırmaqda  yaxından iştirak edir. AYİB-in fərdi yanaşmalarının məqsədi bazar iqtisadiyyatına ardıcıl keçidin sürətləndirilməsində iştirak, innovasiya, inkişaf və şəffaflığı təşviq etməkdir.

Təklif etdiyi xidmətlər
Maliyyə investisiya layihələri bizim əməliyyatların əsasını təşkil edir. Bundan əlavə, Bank biznes məsləhət xidmətləri ilə təmin edir, ticarət, maliyyə və sindikatlaşdırılmış kreditə təşviq edir.

Fəaliyyət yeri
AYİB Cənub və Şərqi Aralıq dənizindən Mərkəzi və Şərqi Avropaya, eləcə də Mərkəzi Asiyayadək geniş bir coğrafiyada 30-dan çox ölkədə fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi biznes sahələri
Bankın əməliyyatları kənd təsərrüfatından tutmuş infrastruktura, nəqliyyata qədər bütün sənaye sahələrini əhatə edir.

Fəaliyyətinin başqa istiqamətləri
İqtisadi təcrübə: Bankın iqtisadçılardan ibarət komandası regional mütəxəssis rəyləri  və proqnozları ilə təmin edir.
Siyasi rolu: AYİB əməkdaşlar, əlverişli iqtisadi şərait yaratmaq və yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə müntəzəm olaraq hökumətlə, iş adamları ilə və regionları təmsil edən  rəsmilərlə siyasi dialoqlar aparır.