Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb. Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, əməkdaşlığın inkişafına xüsusi önəm verilir, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir.
Ətraflı məlumat
Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. Videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib.
Ətraflı məlumat
Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.
Ətraflı məlumat
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.
Ətraflı məlumat
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı"nın nəticələri açıqlanıb. Mükafatlar bu dəfə 7 nominasiya üzrə təqdim edilib.
Ətraflı məlumat
Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.
Ətraflı məlumat
Vətən Müharibəsində zəfər tarixi yazan, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş yüzlərlə əsgər və zabitimiz dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ətraflı məlumat
Dekabrın 21-də MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclası çərçivəsində ekspertlərin videokonfrans formatında iclası keçirilib. Azərbaycanın sədrlik etdiyi tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın vergi xidmətlərinin nümayəndələri iştirak ediblər.
Ətraflı məlumat
Ölkəmizdə koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri nəzərə alınaraq bir sıra fəaliyyət növlərinin davam etdirilməsində məhdudiyyətlər tətbiq olunub. Bu zaman fəaliyyətinə icazə verilmiş bəzi sahələr üzrə icazələrin aktivləşdirilməsi məqsədilə vergi ödəyiciləri tərəfindən www.icaze.e-gov.az saytına daxil olma vasitələrindən biri olan “Asan İmza” sertifikatlarının əldə olunmasına zərurət yaranır.
Ətraflı məlumat
Dekabrın 7-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatında "COVID-19 pandemiyasından sonrakı dövrdə insan yönümlü regional əməkdaşlıq" mövzusunda 19-cu Nazirlər Konfransı keçirilib.
Ətraflı məlumat
Son günlər vətəndaşlar tərəfindən “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Ətraflı məlumat
Noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunub. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib. Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.
Ətraflı məlumat
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib. Görüşdə İqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb. Nazir ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb və vurğulayıb ki, Azərbaycan-Özbəkistan əlaqələri inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir
Ətraflı məlumat
Koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı, bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir.
Ətraflı məlumat
Noyabrın 2-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyilə Türk Ticarət və Sənaye Palatasının (TCCI) növbədənkənar görüşü keçirilib. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Mustafa Rifat, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Qazaxıstan Sahibkarlarının Milli Palatasının sədri Ablay Mirzahmedov, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev və digər rəsmi şəxslər iştirak edib.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb. Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.
Ətraflı məlumat