Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Mentorluq proqramı” mövzusunda təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti insan resurslarının idarəedilmə prosesində səmərəliliyin, habelə inkişaf və həvəsləndirmə proqramları tətbiq olunmaqla işçi təcrübəsinin və məmnuniyyətinin artırılması istiqamətində tədbirləri davam etdirir.

Dövlət vergi orqanlarına xidmətə qəbul edilən şəxslərin staj və sınaqkeçmə müddətində xidməti fəaliyyətinə rəhbər vəzifəli şəxslər tərəfindən nəzarətin daha sistemli təmin olunması, iş proseslərində qarşıya çıxan problemlərin aradan qaldırılması, üfüqi nəzarətin təmin olunması, yumşaq bacarıqların və səriştələrin inkişaf etdirilməsi və iş yerində öyrənməyə dəstək məqsədilə cari ilin dekabr ayında “Mentorluq proqramı” mövzusunda təlim keçirilib.

Dövlət Vergi Xidməti tərəfindən dəvət edilmiş peşəkar təlimçilər tərəfindən aparılan təlimdə mentorların üzərinə düşən öhdəliklər, qarşılıqlı fərdi və peşəkar inkişafı dəstəkləyən mentorluq proqramı çərçivəsində görülən işlər, məhsuldarlığın artırılması, bu sahədə mövcud problemləri aradan qaldırmaq məqsədilə bacarıqların inkişaf etdirilməsi yolları və s. tədris olunub. Mentorluq proqramı məhsuldarlığın təmin olunması, karyera imkanlarının genişləndirilməsi, bilik səviyyəsinin yüksəldilməsi, bacarıqların təkmilləşdirilməsi, liderliyin inkişafı, özünəinamın, rifahın, işə bağlılığın və motivasiyanın artırılmasına xidmət edir, həmçinin işə bağlılığı və məmnuniyyəti, xidmət daxilində əməkdaşlar arasında sistemli bilik və təcrübə mübadiləsinə imkan yaradır.

Təlimdə Dövlət Vergi Xidmətinin 40-dan çox rəhbər vəzifəli şəxsi iştirak edib.