Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 20 il keçir. Siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimizin xilaskarına çevrilmiş Ümummilli Lider daim dərin rəğbətlə anılır.  

İqtisadiyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı Ulu Öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan sonsuz sevgisinin nəticəsidir. Azərbaycan dövlətinə və xalqına misilsiz xidməti ilə milli etalona çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev tarix boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq!