Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
2023-cü ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manata yaxın olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 375,6 milyon manat artıb.
Ətraflı məlumat
2023-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.
Ətraflı məlumat
"Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması ərizəsi"nin tərtib olunması və göndərilməsi barədə videotəlimat.
Ətraflı məlumat
Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin, o cümlədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadığı halda müraciət etməyiniz tövsiyə olunur.
Ətraflı məlumat
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 91.889 ədəd yeni nəsil NKA quraşdırılıb.
Ətraflı məlumat
İqtisadsiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,4 min vahid artıb və 2023-cü il avqust ayının 1-nə 1.755,4 minə çatıb.
Ətraflı məlumat
Sadələşdirilmiş vergi ödəyicisi səhhətilə əlaqədar son iki rüb ərzində heç bir fəaliyyət göstərməyib və vergi orqanına hesabat təqdim etməyib. Boş hesabatlar xəbərdarlıqdan sonra təqdim edilərsə, maliyyə sanksiyaları tətbiq olunacaqmı?
Ətraflı məlumat
2023-cü il avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.470.553 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin yanvar – iyul ayları ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,0 faiz, hüquqi şəxslərin sayı 9,3 faiz artıb.
Ətraflı məlumat
Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Ətraflı məlumat
21.08.2023-cü il tarixi bir sıra bəyannamələrin təqdim edilməsinin son günüdür!
Ətraflı məlumat
"Əlavə dəyər vergisinin məqsədləri üçün onlayn qeydiyyata alınma haqqında ərizə"nin tərtib olunması və göndərilməsi barədə videotəlimat.
Ətraflı məlumat
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib.
Ətraflı məlumat
15.08.2023 və 21.08.2023-cü il tarixləri bir sıra vergi və sığorta haqlarının ödənilməsinin son günüdür!
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə keçirilən müsabiqə başa çatıb. Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən namizədlər vergi orqanlarının kadr ehtiyatına daxil edilib. Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.
Ətraflı məlumat
Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatlarını həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması hallarının aşkarlanması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Ətraflı məlumat
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək.
Ətraflı məlumat
2023-cü il avqustun 2-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Ətraflı məlumat
Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ömer Bolat arasında görüş keçirilib. Görüşdə nazir Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələri iqtisadi sahədə də əməkdaşlığı, birgə təşəbbüslərin reallaşdırılmasını sürətləndirir.
Ətraflı məlumat