Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılıb

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi vergi ödəyiciləri ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi prosesinin asanlaşdırılması ilə bağlıdır.

Məlum olduğu kimi, 2024-cü il yanvarın 1-dən vergi ödəyiciləri elektron kabinetlərinə vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron imza ilə daxil ola bilirdilər. Lakin aparılmış təhlillər əsasında "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə fəaliyyət göstərən vergi ödəyiciləri, o cümlədən, ofisiantlar, bərbərlər, dərzilər, çəkməçilər, məişət cihazlarının təmiri ilə məşğul olan şəxslər və digərləri, həmçinin ölkə ərazisində sərnişin daşımalarını həyata keçirən şəxslər üçün bu prosesin sadələşdirilməsi qərara alınıb. Bu səbəbdən həmin vergi ödəyicilərinə elektron kabinetə vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə daxil olmaq hüququ 2025-ci il yanvarın 1-dən bərpa edilib. Dəyişiklik nəticəsində bu kateqoriyaya aid vergi ödəyiciləri ilə Dövlət Vergi Xidməti arasında qarşılıqlı məlumat mübadiləsi prosesinin asanlaşacağı gözlənilir.