Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
news1

Dövlət Vergi Xidməti IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Əlaqələndirici Şəxslərin 28-ci Forumunda iştirak ediblər. Videoformatda keçirilmiş forumda təşkilata üzv olan 44 ölkənin 56 nümayəndəsi iştirak edib. Forumda Dövlət Vergi Xidmətini İOTA-nın Azərbaycan tərəfindən baş əlaqələndirici şəxsi, DVX-nın Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi vəzifələrini icra edən, baş idarə rəisinin müavini Orxan Musayev və idarənin əməkdaşı Səməd Bayramlı təmsil edib.

Ətraflı məlumat
news1

“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidmətinin əməkdaşları beynəlxalq dəyirmi masada iştirak ediblər

Aprelin 16-da Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunub.

Ətraflı məlumat
news1

48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Ətraflı məlumat
news1

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə məlumatlar yayılır. Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.

Ətraflı məlumat
news1

İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdırmış Türkiyə səfiri Erkan Özoralla görüşüb. İqtisadiyyat naziri səfirin Azərbaycanda səmərəli fəaliyyətini vurğulayıb, gələcək işlərində uğurlar arzulayıb.

Ətraflı məlumat
news1

Əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi halları aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Ətraflı məlumat
news1

İqtisadiyyat Nazirliyinin əməkdaşları vaksinasiya olunur

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.

Ətraflı məlumat
news1

Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Qanunvericiliyin icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi ödəyiciləri, biznes assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq, vergi sahəsində qarşıya çıxan məsələlərin müzakirə edilməsi və təkliflərin öyrənilməsi, qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi vacib amillərdəndədir.

Ətraflı məlumat
news1

“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətə uyğun olaraq, özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə sistemli islahatlar aparılır, ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dövlət dəstəyi gücləndirilir. Bu işlərin davamı olaraq, aprelin 8-də Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb.

Ətraflı məlumat
news1

Yaponiyanın Azərbaycandakı səfiri Tədris Mərkəzinin inzibati binası ilə tanış olub

Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada Cüniçi aprelin 7-də Şamaxı rayonuna səfəri çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin inzibati binası ilə tanış olub.

Ətraflı məlumat
news1

Azərbaycan Respublikasının ərazisinə gətirilən malların aksiz dərəcələri təsdiq edilib

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır. Məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.

Ətraflı məlumat
news1

İqtisadiyyat naziri Qlobal Texnologiya İdarəetməsi Sammitində iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında iştirak edib.

Ətraflı məlumat
news1

Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ilə görüşüb.

Ətraflı məlumat
news1

“Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hüquq/konsantinq şirkətləri ilə “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda vebinar formatında görüş keçirib.

Ətraflı məlumat
news1

Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib

Aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ətraflı məlumat
news1

İcbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsinə dair bukletlər hazırlanıb

Vergi ödəyicilərinin məlumatandırılması məqsədilə icbari tibbi sığorta haqlarının yığımını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb.

Ətraflı məlumat
news1

Azərbaycan-Türkiyə İşgüzar Dəyirmi Masası keçirilib

Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önunə çiçək dəstələri düzüblər. Türkiyə nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksi və "Türk Şəhidliyi" abidəsini ziyarət edib.

Ətraflı məlumat
news1

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir

Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.

Ətraflı məlumat
news1

Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ətraflı məlumat