Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
news1

Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib. Bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.

Ətraflı məlumat
news1

Tədris Mərkəzləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Fevralın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov arasında görüş keçirilib.

Ətraflı məlumat
news1

Tədris Mərkəzində Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatası ilə birgə elmi tədbir keçirilib

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri iqtisadiyyatın diversifikasiyası əsasında qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsidir. Mövzunun aktuallığı nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar keçirilib.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

Fevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Ətraflı məlumat
news1

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib

Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu istiqamətdə sistemli iş aparılır.

Ətraflı məlumat
news1

“Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib

Fevralın 12-də vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının, Milli Məclisin deputatları, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər, iş adamları iştirak ediblər.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidmətinin əməkdaşları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

11 fevral - vergi xidməti işçilərinin peşə bayramıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Ətraflı məlumat
news1

Aksizsiz tütün məmulatları aşkar olunub

Saxta yolla istehsal olunmuş tütün məmulatlarının istehsalı, satışı və saxlanılmasının qanunazidd olması, inzibati və cinayət məsuliyyəti yaratması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində aksizsiz tütün məmulatlarının qanunsuz dövriyyəsi hallarına rast gəlinir.

Ətraflı məlumat
news1

İqtisadiyyat Nazirliyində Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib

Fevralın 2-də İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Videoformatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri və Nazirliyə tabe strukturların rəhbərləri iştirak edib. Əvvəlcə İqtisadiyyat Nazirliyinin şəhid olmuş əməkdaşının, habelə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ətraflı məlumat
news1

Kustar üsulla spirtli içkilərin istehsalı ilə məşğul olan şəxslərin evinə təkrar baxış keçirilib

Saxta yolla istehsal olunmuş spirtli içkilərin insan sağlamlığına zərər vurması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində kustar üsulla spirtli içki istehsalı hallarına rast gəlinir. Bu kimi hallarla bağlı müvafiq tədbirlərin görülməsi və qanunazidd əməllərin qarşısının alınması hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdəndir.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulunu elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir.

Ətraflı məlumat
news1

Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.

Ətraflı məlumat
news1

“Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin açılışı olub

Yanvarın 19-da Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin video konfrans formatında açılış tədbiri keçirilib. Tədbirdə layihənin Avropa İttifaqı tərəfindən rəhbəri Viktor Ciner, icraçı rəhbər Helder Conceicao, Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq əlaqələr baş idarəsinin şöbə rəisi Eldar Babazadə və digər şəxslər iştirak ediblər. Görüş zamanı layihənin icrası üzrə müzakirələr aparılıb.

Ətraflı məlumat
news1

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.

Ətraflı məlumat
news1

İqtisadiyyat naziri Ukrayna səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb. Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, əməkdaşlığın inkişafına xüsusi önəm verilir, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir.

Ətraflı məlumat
news1

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib

Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. Videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib.

Ətraflı məlumat
news1

Məlumat Forması təsdiqlənib

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.

Ətraflı məlumat
news1

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.

Ətraflı məlumat
news1

"ƏDV-ni geri al" "İlin innovasiya layihəsi" seçilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı"nın nəticələri açıqlanıb. Mükafatlar bu dəfə 7 nominasiya üzrə təqdim edilib.

Ətraflı məlumat
news1

Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

Ətraflı məlumat