Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.
Ətraflı məlumatVətən Müharibəsində zəfər tarixi yazan, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş yüzlərlə əsgər və zabitimiz dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ətraflı məlumatDekabrın 21-də MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclası çərçivəsində ekspertlərin videokonfrans formatında iclası keçirilib. Azərbaycanın sədrlik etdiyi tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın vergi xidmətlərinin nümayəndələri iştirak ediblər.
Ətraflı məlumatÖlkəmizdə koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri nəzərə alınaraq bir sıra fəaliyyət növlərinin davam etdirilməsində məhdudiyyətlər tətbiq olunub. Bu zaman fəaliyyətinə icazə verilmiş bəzi sahələr üzrə icazələrin aktivləşdirilməsi məqsədilə vergi ödəyiciləri tərəfindən www.icaze.e-gov.az saytına daxil olma vasitələrindən biri olan “Asan İmza” sertifikatlarının əldə olunmasına zərurət yaranır.
Ətraflı məlumatDekabrın 7-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatında "COVID-19 pandemiyasından sonrakı dövrdə insan yönümlü regional əməkdaşlıq" mövzusunda 19-cu Nazirlər Konfransı keçirilib.
Ətraflı məlumatSon günlər vətəndaşlar tərəfindən “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Ətraflı məlumatNoyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunub. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib. Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.
Ətraflı məlumatAzərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib. Görüşdə İqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb. Nazir ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb və vurğulayıb ki, Azərbaycan-Özbəkistan əlaqələri inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir
Ətraflı məlumatKoronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı, bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir.
Ətraflı məlumatNoyabrın 2-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyilə Türk Ticarət və Sənaye Palatasının (TCCI) növbədənkənar görüşü keçirilib. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Mustafa Rifat, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Qazaxıstan Sahibkarlarının Milli Palatasının sədri Ablay Mirzahmedov, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev və digər rəsmi şəxslər iştirak edib.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb. Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.
Ətraflı məlumat"Caspian Energy Club"un Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva ilə birgə təşkil etdiyi ənənəvi "Online B2G Forum"u çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Ətraflı məlumatMəlum olduğu kimi, 2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlara başlayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb. Görüşdə Azərbaycan-Polşa əlaqələrinin genişləndiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mütərəqqi dəyişikliklərin aparılması, səmərəliliyin artırılması, bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb. Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb.
Ətraflı məlumat