Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Daxil olmuş müraciətlərin 97 faizinə baxılması başa çatdırılıb

2024-cü ilin yanvar – sentyabr ayları ərzində ümumilikdə vergi orqanlarına 330.460 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub. Daxil olmuş müraciətlərin 97 faizinə baxılması hesabat dövründə başa çatdırılıb, 3 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 95 faizi həll olunub, yaxud müvafiq izahatlar verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
2024-cü ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 510 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb.