Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
news1

Vergi Məcəlləsində dəyişikliklərlə bağlı sual-cavab kitabçası hazırlanıb

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli Qanunu Azərbaycan Republikasının Prezidenti tərəfindən 30 dekabr 2022-ci ildə təsdiq edilib. Vergi ödəyicilərinin dəyişiklikləri daha rahat mənimsəməsi üçün praktiki sorğular əsasında müvafiq sual-cavab kitabçası hazırlanıb. 

Ətraflı məlumat
news1

İqtisadiyyat Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşdə Bankın dəstəyi ilə Azərbaycanda reallaşdırılan layihə və təşəbbüslər, potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Ətraflı məlumat
news1

Hüquq və konsaltinq şirkətləri ilə növbəti onlayn görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərfindən hüquq-konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib.

Ətraflı məlumat
news1

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

Ətraflı məlumat
news1

“ƏDV geri al” layihəsi ilə bağlı məlumatlandırma işləri davam etdirilir

2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.

Ətraflı məlumat
news1

Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatların həcmi 2,7 dəfə artıb

Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Ətraflı məlumat
news1

Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib

Martın 28-də Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib.

Ətraflı məlumat
news1

Vergi ödəyiciləri elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola biləcəklər

2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.

Ətraflı məlumat
news1

“ƏDV geri al” layihəsi çərçivəsində Naxçıvan sakinlərinə 56,5 min manat qaytarılıb

Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184.522 kassa çeki üzrə 56,5 min manatdan çox, cari ilin fevral ayında isə...

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mart ayının 27-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir. Proqramda iştirak etmək istəyən tələbələr qeyd olunan tarixdən etibarən Dövlət Vergi Xidmətinə müraciət etməklə proqramın seçim turlarına qoşula bilərlər.

Ətraflı məlumat
news1

İstehlakçılara 400 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

“ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin genişlənməsi və stimullaşdırıcı mexanizmləri təşviq edən bir təşəbbüsdür. 

Ətraflı məlumat
news1

Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib.

Ətraflı məlumat
news1

Nağdsız daha sərfəlidir!

İndi nağd ödənişlərdə ƏDV-nin 5%-ni, nağdsız ödənişlərdə isə 17,5%-ni geri alacaqsınız.

Ətraflı məlumat
news1

Azərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb

Ölkənin vergi qanunvericiliyi və inzibatçılığının beynəlxalq standartların tələblərinə uyğun daha da təkmilləşdirilməsi üçün son dövrlərdə bir sıra mühüm addımlar atılıb.

Ətraflı məlumat
news1

Vergi ödəyicilərinin nəzərinə!

27.03.2023-cü il və 31.03.2023-cü il tarixlərində bir sıra bəyannamələrin təqdim edilməsinin son günüdür!

Ətraflı məlumat
news1

Aksiz markasız məhsulların satışı ilə bağlı cinayət işi başlanılıb

Hüquq mühafizə orqanları tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə daxil olmuş materiallar əsasında muxtar respublika ərazisində tütün məmulatlarının satışı sahəsində qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi halları qeydə alınıb.

Ətraflı məlumat
news1

Elektron məlumat mübadiləsi məsələləri müzakirə edilib

Martın 15-də Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar...

Ətraflı məlumat
news1

Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 27 faiz artıb

2023-cü ilin mart ayının 1-nə ölkə üzrə uçotda olan 1.420.834 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb.

Ətraflı məlumat
news1

Avtomobil istehsalı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Özbəkistanla avtomobil sənayesi tərəfdaşlıqda prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması və birgə ixrac məsələləri müzakirə olunub.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidmətinin rəhbərliyi “AmCham”ın üzvləri ilə işgüzar naharda iştirak edib

Martın 14-də Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvlərinin naharı təşkil edilib. Tədbirə fəxri qonaq kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də qatılıb.

Ətraflı məlumat