Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,4 faiz artıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 417,5 milyon manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 991,7 milyon manat və ya 13,4 faiz artıb.

Ödənilən vergilərin 70 faizi qeyri-neft-qaz sektorunun, 30 faizi isə neft-qaz sektorunun payına düşüb.