Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Behbudov Niyaməddin Ni***@mail.ru ID: 3102
Salam mən bilmək isdərdim ki əgər evin kupçası yoxdursa, həmin evə görə vergi alınır? Alınırsa, hansı əsasla? Zəhmət olmasa, izah edərdiz. Öncədən təşəkür edirəm.
21/09/2020 Oxunub: 67 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 12.1-ci maddəsi ilə tənzimlənir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 2906
ƏDV-i ödəyicisi Nağdsız hesablaşmalar haqqında qanunun 3.5.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarını qəbul edir. Bilmək istəyirəm ki, bu əməliyatın təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq məbləği nağdsız qaydada həyata keçirilməlidir ya yox.
21/09/2020 Oxunub: 101 Orta qiymət: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

 

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Səfər Qəhrəman oğlu Qəhrəmanov xg***@gmail.com ID: 3101
İnternet vasitəsilə vergini nece ödəmək olar?
21/09/2020 Oxunub: 44 Orta qiymət: 0

Vergiləri onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə ödənilməsi haqda ətraflı məlumatla saytımızın Faydalı bölməsinin "Vergiləri necə ödəyək?" altbölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahir Əzizov Əvəz ma***@mail.ru ID: 2891
Salam dostlar! Mən bütün marketlərdə alış-veriş edərkən maaş kartımdan ödəniş edirəm. Ödənişdən dərhəl sonra telefonuma ödəniş və qalan balans haqında sms gəlir. Bu indiyə qədər bütün marketlərdə belə olub. Lakin BRAVO marketdə (Sahil m-nun çıxışı, Sahil bağının yanında) ödəniş edirəm, mənə mesaj gəlmir. Bilmirəm, bu təsadüfdürmü?
21/09/2020 Oxunub: 67 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan məsələ vergi orqanlarının səlahiyyətlərinə aid edilmədiyi üçün, məsələnin araşdırılması üçün müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qarayev Şəhriyar Nazim oglu em***@mail.ru ID: 3100
Salam, mən 5 500 manatlıq elekron mal almışam, ƏDV aktiv olmayıb. Yoxlanışdan keçdi, 1aydan sonra ləğv olundu. Xahiş edirəm, bu barədə məlumat verin.
21/09/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sənan Soltanlı Şükür oğlu mr***@yahoo.com ID: 2893
Salam. Mən fərdi Sahibkar kimi qeydiyyatdan keçmişəm. Fəaliyyətim turizm sahəsidir. Həm fiziki şəxslərə həm də hüquqi şəxslərə xidmət göstərəcəm. Bilmək istərdim, mükəlləfiyyət növü kimi Sadələşdirilmiş vergi seçə bilərəmmi? Ya fiziki şəxslərin gəlir vergisi seçməliyəm?
21/09/2020 Oxunub: 122 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 108-ci, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Süleymanov Nofəl Qurban oğlu no***@mail.ru ID: 2895
Yazıb Sizə bildirirəm ki, sahibkar olaraq mənə 29 aprel 2020 ci il tarixdə Corono virus pandemiyası ilə əlaqədar dövlət tərəfindən 589 AZN köçürülmüşdür. Ondan sonra başqa sahibkarlara köçurulmüşdür, mənə isə yox. Sizdən xahiş edirəm ki, mənə məlumat verilsin.
21/09/2020 Oxunub: 71 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüqar Bağırov Adıxan oğlu vu***@mail.ru ID: 3098
ƏDV qaytarılması üçün çekdə yazılan fiskal kodu dəfələrlə yazıram, amma qəbul etmir. Həmin kodu sizə də yazıram ************. Zəhmət olmasa, köməklik edin.
20/09/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mənsurə Niftiyeva İsmayıl me***@yahoo.com ID: 3097
30.05.2020-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küç, ev 78 A ünvanında yerləşən Zeynalov İlham Surxay oğluna məxsus Vöenlə (VÖEN 1600502102) fəaliyyət göstərən mağazadan 4600,00 manat məbləğində ƏDV daxil təmir üçün materiallar almışam. ƏDV-nin geri qaytarılması üçün https://www.edvgerial.az/ portalında istifadə edərək 31.05.2020-ci il tarixində müraciət ünvanlamışam. Öncədən statusu qaytarılan olaraq göstərilməsinə baxmayaraq, sonradan ləğv olunan şəklində qeyd olunmuşdur. Mağaza və 196 nömrəli müştəri xidməti ilə dəfələrlə əlaqə saxlamağıma baxmayaraq, heç bir tədbir görülməmiş, məlumat verilməmişdir. İstehlakçı hüquqlarımdan istifadə edərək, məsələnin araşdırılmasını, müvafiq tədbir görülməsini və məni məlumatlandırmağınızı xahiş edirəm.
20/09/2020 Oxunub: 59 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur. Müraciətə çekin məlumatlarını əlavə etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bayramov Vüsal İsmət oğlu vu***@box.az ID: 3096
Salam. Mövsümü fəaliyyət göstərən A müəssisəsi 2019-cu ilin avqust ayında işçini müddətli yəni 3 aylıq işə götürüb və 3 aylıq əmək müqaviləsi bağlayıb elektron sisteme daxil edilib. Həmin müddət bitsə də işçi işdə saxlanılıb əmək haqqı ilin sonunadək ödənilib. 2020-ci il ərzində işçinin müqaviləsi saxlanılmış, mövsümlə əlaqədar əmək haqqı ödəlinməmişdir, yenidən 2020-ci ilin avqust ayında həmin işçi işə başlamışdır. Sualım odur ki, 2020-ci ilin sentyabr ayı ərzində vergi orqanı operativ yoxlama aparan zaman əmək münasibtətləri pozulması halı kimi Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə cərimə yaza bilərmi?
19/09/2020 Oxunub: 66 Orta qiymət: 0

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən,  Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Bununla yanaşı, Əmək Məcəlləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 

Müraciətinizdə qeyd olunan halda tərəflər arasında əmək münasibətlərinin davam etmədiyi halda, əmək müqaviləsi xitam verilmiş hesab olunur. Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı daha ətraflı məlumat üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas:  Vergi Məcəlləsinin 58.10-cu maddəsi, Əmək Məcəlləsinin 3-cü, 45-ci, 49-cu və 73-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Üzeyir Məmmədov Əkbər oğlu Uz***@gmail.com ID: 3095
Salam. Mən vergi ödəyicisiyəm. Mən avqustun 12də dövlətdən yardım aldım 250 AZN . Amma bu ay yəni ki, sentyabrda mənə sms gəlməyib. Zəhmət olmasa mənə köməklik edərdiniz. Əvvəlcədən təşəkkür edirəm.
19/09/2020 Oxunub: 58 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə yalnız 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Sentyabr ayı üçün təkrar maliyyə dəstəyi nəzərdə tutulmamışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hicran Muradova hb***@gmail.com ID: 3094
Salam. Hal-hazırda ƏDV hesabatı hazırlayan zaman, Əlavə 3 də göndərilən qaimə, gələn pul, o cümlədən işlər, xidmətlər üçün əvvəlcədən alınmış avans göstərilir, gələn məbləğə görə ƏDV ödənilir. Nöbbəti ayda, əvvəlki ay üçün alınmış anavsın qaiməsi yazılır, lakin azalma yeri olmadığından mütləq kameral gəlir. Belə ki, kamerallar eyni məzmunda - göndərdidiyiniz qaimə məbləğindən cari aya görə ödənişı çıxdıqda Debitor bölməsində uyğunsuzluq var. Bəli təbii ki, olacaq, çünki həmin cari ayda yazılan e-qaimənin əvvəlki ayda əvvəlcədən avansı alınmış, vergisi hesablanıb, bəyənnamədə 301.1.1.8 də göstərilmiş və ödənmişdir. Xahiş edirəm ki, bununla əlaqədar nə etməli ki, belə halda kameral uyğunsuzluq məktubu gəlməsin sualına cavab verərdiz. Öncədən təşəkkür edirəm. Hörmətlə,
18/09/2020 Oxunub: 114 Orta qiymət: 2

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Eyni zamanda, bəyannamə formalarına dair təkliflərin verilməsi ilə bağlı saytımızda müraciət etmək imkanı yaradılmışdır. Bununla bağlı müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

2/5 (3 Orta qiymət)
Qiymət ver:
Ülvi Salmanzadə Nizami oğlu ul***@gmail.com ID: 3093
Aprel ayında, sadələşdirilmiş vergi ödəyicisi olduğum zaman mənə 100 000 avans ödənilmişdir. Mən işləri gördüyüm tarixdə ƏDV ödəyivcisi olmuşam. Qaimə vurduğum zaman, 100 000 ƏDV daxil qaimə vurulmalıdır yaxud 118 000 (100 000 əsas və 18 000 ƏDV) və ya 100 000 ƏDV-siz?
18/09/2020 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, sadələşdirilmiş vergini tətbiq etdiyi dövrdə avans almış və sonradan ƏDV ödəyicisi olmuş vergi ödəyicisi üçün əvvəlcədən dəyəri ödənilən malların dəyəri ƏDV-nin vergitutma obyekti hesab olunur.

Həmçinin, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Müraciətinizdə qeyd olunan məbləğ (100 000 manat) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 161-ci və 166-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ömər Müslümov Yusif oğlu ki***@mail.ru ID: 3089
Mən 2020-ci ilin Avqust ayından sadələşdirilmiş vergi ödəyicisi olaraq VÖEN alaraq 47191 (fəaliyyət növünün kodu) fəaliyyətə başlamısam. Ancaq aldığım malların heç birisi üçün sənəd təqdim edilmir. Sadəcə aldığım bəzi mallara kassa çeki və təsdiq olunmayan adi qaimə faktura (kağız daşıyıcıda) təqdim edilir. Sualım belədir: Belə olan halda mən mağazamda satış üçün təqdim etdiyim malların sənədlərini haradan və necə əldə etməliyəm. Bildirmək istəyirəm ki, mallar Sədərək və Binə ticarət mərkəzindən gətiririlir və yaxud onlayn sifariş olunur.
18/09/2020 Oxunub: 126 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı müvafiq elektron qaimə-faktura verilir, malların sahibkarlıq subyektlərindən alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar, idxal gömrük bəyannamələri, müqavilələr və s.) təsdiqlənir, vergi uçotunda olmayan (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) ayrı-ayrı fiziki şəxslərdən alışı “Malların alış aktı” ilə sənədləşdirilir və  həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatları (FİN, seriyası və nömrəsi) əks etdirilir. Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir

Həmçinin, Vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Eyni zamanda bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 71-1-ci, 130-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Əsgərzadə Fəxrəddin As***@gmail.com ID: 3079
(Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. ) Sualım budur ki , bu maddəyə cavab verən kassa aparatı obyektlər üçün məcburidirmi? Yəni mən alış veriş mərkəzindən Fiskal İD li qəbz tələb etməliyəmmi? Obyekt bu tip çek vermədikdə ( yəni müasir tip kassa aparatı olmamağı) bunun doğruluğunu necə yoxlaya bilərik? Yəni onlarda həqiqətən bu tip kassa deyil və onlar məni aldatmırlar?
15/09/2020 Oxunub: 45 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fazil Haşımov Hakim oğlu fa***@gmail.com ID: 3077
Salam, mən qeyd etdiyim restoranda işləyirəm. Amma mən muzdlu işçi kimi karantin vaxtında cəmi bir dəfə ödəniş almışam. Qalanın almamışam, bilmək istəyirem ki, nəyə görə verilməyib?
15/09/2020 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilmişdir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Qeyd olunanlara əsasən, müraciətinizi araşdırılması üçün internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sərxan İsmayılov Vidadi se***@gmail.com ID: 3076
Salam, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin nömrələrinə bir aydır zəng edirəm, açan yoxdur. Mən necə öz VÖEN-imin kartını ala bilərəm?
15/09/2020 Oxunub: 50 Orta qiymət: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şahin Hüseynov el***@gmail.com ID: 3075
Salam, mən balıq satışı edirəm. Marketin tərkibində mən əlavə dəyər vergisi ödəməliyəm ya necə?
15/09/2020 Oxunub: 84 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən xidmətlərin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edildiyi üçün fəaliyyətə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə elektron və ya kağız formada müraciət edərək vergi uçotuna alınmalısınız.

Bundan sonra fəaliyyətinizi həyata keçirmək üçün nəzərdə tutulan təsərrüfat subyekti (obyekti) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota qoyulmalı, həmin təsərrüfat subyektində (obyektində) NKA quraşdırılmalı və bu hesablaşmalar NKA vasitəsi ilə aparılmalıdır.

ƏDV məqsədləri üçün qeydiyyata durmaq öhdəliyi Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ayın istənilən ayında (aylarında) 200 min manatdan artıq olduqda yaranır.

Qeydiyyat prosedur, yarana biləcək vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Sahibkarın vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xalid Nağıyev Ramiz xa***@list.ru ID: 3074
Mən şirkətdə həkim işləyirdim, VÖEN-i bağlamag üçün müraciət elədim, və mənə bildirdilər ki, bank hesabı bağlanmalıdır. Biz də bütün hesablar Azertürk bankından olurdu, lakin mənə verdikləri kağızda Bank of Baku Nəsimi filialı qeyd olunub. Mənim Bank of Baku ilə heç bir işim olmayıb.
14/09/2020 Oxunub: 35 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, qeyd etdiyiniz bankda hesabınızın olub-olmadığını banka müraciət edərək dəqiqləşdirə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fazil İsmayılov İsmayıl oğlu is***@yandex.ru ID: 3072
Xaricdə, LAP LAMBERT Academic Publishing nəşriyatı tərəfindən elmi kitabım çap edilib. Kapital Bank, Şuşa filialında (Bakı şəhəri, Binəqədi rayonu, 8 M/R, İbrahimpaşa Dadaşov küçəsi 3158/3156-cı məhəllə) hesab açmışam. Həmin hesabdan LAMBERT nəşriyatına bu ilin əvvəlində pul göndərmişəm. Həmin hesaba kitabım satıldığından məmə pul göndərilib. Lakin Kapital Bank, Şuşa filialından mənə dedilərki pulu alamaq üşün mən Vergilər Nazirliyində VÖİN açmalıyam. Axı mən Kapital Bankda VÖİN olan hesab açmışam. Mənə gələn pulun necə almağımı mənə başa salmağınızı xahiş edirəm.
14/09/2020 Oxunub: 69 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxslərin cari hesabları onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarını yerinə yetirmək üçün açılır. 

Həmçinin, banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.  Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir. Vergi orqanı bank idarəsindən göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Məlumat üçün bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir. 
Əsas: Vergi Məcəlləsinin 35-ci maddəsi, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver: