Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Gəlir vergisi bəyannaməsinin 1226.2-ci sətrində “Sığorta haqqları” sətrinin  xanalarında işəgötürən tərəfindən hesablanmış icbari sosial sığorta, isizlikdən sığorta və s. Sığorta ayırmaları göstərilir. 

Bəyannamənin 1234. “Ödənilmiş sığorta haqları” sətrinin xanaları sahibkarlıq fəaliyyəti ilə məşğul olan (sığorta fəaliyyətindən başqa) fərdi sahibkarlar tərəfindən doldurulur.

Bu sətirdə öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi haqları gəlirdən çıxılır:

Gəlir vergisi bəyannaməsinin doldurulması qaydası ilə saytımızın Bəyannamələr bölməsində tanış ola bilərsiniz.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyi üçün elektron müraciətinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlanılır. Elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyestr məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla  buradan tanış ola bilərsiniz.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 175.1-ci maddəsində ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri göstərilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsində qeyd edilənlər Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-nin əvəzləşdirilməsi hüququnun olmaması və ya əvəzləşdirilməsinə qismən yol verilməsi Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələri ilə müəyyən edilir.

ƏDV-nin əvəzləşdirilməsi hüququ olmayan əməliyyatlar üzrə, yəni Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələrində göstərilən əməliyyatlar üzrə alınmış mallar təqdim edilərkən Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları tətbiq edilir.

Qeyd olunanlara əsasən, sorğunuzda göstərilən halda vergi ödəyicisi tərəfindən ƏDV qeydiyyatına alındığı tarixdən əvvəlki (sadələşdirilmiş vergi ödəyicisi olduğu) dövrdə əldə etdiyi mallar digər şəxsə təqdim edilərkən  159.7-ci maddə tətbiq olunmayaraq, ümumi qaydada ƏDV-yə cəlb olunur.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər yaşadıqları yer üzrə vergi uçotuna alınırlar. Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Bildiririk ki, tikinti və ticarət istisna olmaqla, digər sahələrdə sahibkarlıq fəaliyyəti göstərən şəxslər fəaliyyət göstərdikləri ay üçün 2020-ci il yanvar ayının 1-dən bütün respublika ərazisində minimum aylıq əməkhaqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir. 

Göründüyü kimi, qeyd etdiyiniz fəaliyyət sahəsi üçün hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vergi və sosial sığorta haqqının dərəcəsi respublika ərazisində eynidir. Məlumat üçün bildiririk ki, sahibkarların sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi qanun layihəsində nəzərdə tutulmuşdur və Milli Məclisə təqdim olunmuşdur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 220-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə), habelə əməliyyat baş tutmadan təqdim edildikdə verilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür, qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi seçilir.

Elektron qaimə-fakturanın ləğv edilməsi alıcı tərəfindən 5 gün müddətində təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv edilməsi təsdiq edilmədikdə elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

Bununla yanaşı bildiririk ki, uyğunsuzluq yarandığı barədə vergi orqanı tərəfindən Sizə bildiriş göndərildikdə, yaranmış fərqin səbəbinə dair vergi orqanına izahat məktubu göndərilməlidir. Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 37-ci, 71-1-ci maddələri.  

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilmişdir. Qanun layihəsində 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi, o cümlədən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur. 

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə və ya onların qüvvəyə minməsi haqqında aktda ayrı müddət nəzərdə tutulmamışdırsa, rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minir.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin edilir. Bu halda işəgötürənlərin də özlərinin sosial məsuliyyətini nümayiş etdirmələrini və əməkhaqqının qalan hissəsini ödəmələri tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur. Digər malların alınması zamanı ödəmə mənbəyində verginin tutulması tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi. 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlər sistem tərəfindən avtomatik yoxlanılır və uyğunsuzluq aşkar edilmədiyi halda müraciət qəbul edilir. Elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunur Müraciətin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicisinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetinə və SMS şəklində mobil telefonuna göndərilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymət: 0/50
Qiymət ver: