Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Nağıyeva Zəhra Rauf qızı za***@mail.ru ID: 696
Salam mən ilk dəfədir ki, 13.01.2020 tarixində fiziki şəxs kimi vergi ödəmişəm. Qəbzlərim də var. Amma 17.01.2020 tarixində vergiler idarəsindən MDSS hesabatı barədə telefonuma xəbərdarlıq mesajı gəlib. Ödənişimi necə yoxlaya bilərəm?
13/02/2020 Oxunub: 109 Orta qiymət: 5

Bildiririk ki, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müəyyən edilmiş formada hesabat, hesabat dövründə fəaliyyət göstərmədiyi halda hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək sığotaedənin (özünü və başqasını sosial sığorta edən fiziki şəxs)  vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi kimi fəaliyyət sahəsindən asılı olaraq vergi və sosial ödənişləri ödəməli və qanunvericilikdə nəzərdə tutulmuş hesabatları vergi orqanına təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən də apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi orqanlarından dövriyyəniz  və ödədiyiniz vergilər, sosial sığorta haqqı barədə arayışın alınması üçün sərbəst formada hazırlanmış ərizə ilə İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada vergi orqanına müraciət edə bilərsiniz.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məhərrəmova Solmaz so***@mail.ru ID: 613
Salam. Zəhmət olmasa məlumat verərdiniz. Atam Böyük Vətən müharibəsi illərində (1941-1945) arxa cəbhədə neft sahəsində çalışıb. 1992-ci ildə vəfat edib. Mənə vergi güzəşti şamil edilirmi? Edilirsə, arayışı haradan almalıyam?
13/02/2020 Oxunub: 115 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. Müraciətinizdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün yuxarıda qeyd olunan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülbəniz Həbibova gu***@gmail.com ID: 670
Salam, mənim atam ikinci dünya müharibəsi veteranı olub, 30 ildir ki, vəfat edib. Mən müəllimə işləyirəm. Gəlir vergisindən azad olmaq üçün Bakı Şəhər Təhsil İdarəsinə hansı sənədləri təqdim etməliyəm?
13/02/2020 Oxunub: 89 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin Məmmədov te***@mail.ru ID: 601
Salam. Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir? Hər ikisində vergi hesabatını təqdim etmədikdə maliyyə sanksiyasını nəzərdə tutur? Və nə üçün kameral vergi yoxlamasında hesablanmış əlavə məbləğ istisna təşkil edir?
13/02/2020 Oxunub: 135 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 57-ci maddəsi hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyalarını,  58-ci maddə isə vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarını müəyyən edir. 57.1-ci maddə vergi  hesabatını, o cümlədən müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat sanksiyanı əks etdirir. 58.1-ci maddəyə görə isə vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması zamanı yayınma aşkar edildikdə maliyyə sanksiyası tətbiq olunmur, yalnız azaldılmış vergi məbləği vergi orqanı tərəfindən bərpa olunur və müvafiq qaydada faizlər hesablanır.

Əsas: Vergi Məcəlləsinin 37-ci, 57-ci və 58-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məleykə Gəncəyeva Mahama qızı me***@gmail.com ID: 680
Salam. Hüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur? Əgər təsisçi və asan imza olmasa, təyin ediləcək direktor adına yazılan etibarnamə ilə qeydiyyatdan keçmək mümkündürmü?
13/02/2020 Oxunub: 135 Orta qiymət: 5

Yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onun hüquqi ünvanı üzrə qeydiyyatı aparan müvafiq vergi orqanına “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizə ilə birlikdə hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə (2 nüsxədə), hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında təsisçi (təsisçilər və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən təsdiq edilmiş qərarlar, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər barədə əlavəsi (qurumun təsisçisi hüquqi şəxs olduqda “Təsisçi-hüquqi şəxslər barədə məlumat”, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, fiziki şəxs olduqda isə “Təsisçi-fiziki şəxslər barədə məlumat”, onun şəxsiyyətini təsdiq edən sənədin surəti), təsisçilər tərəfindən icraedici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti (qanuni təmsilçinin və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti), hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə, yəni 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmayıbsa, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd ((bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair), habelə nizamnamə kapitalına pul formasında ödənilməyən əmlak qoyulduqda əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi), dövlət rüsumunun ödənilməsi haqqında sənəd və ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda etibarnamə təqdim olunur.

Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatının heç bir rüsum ödənilmədən elektron qaydada aparılması da mümkündür. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı gücləndirilmiş elektron imzadan (o cümlədən Asan İmzadan) istifadə etməklə, eyni zamanda elektron imza olmadan da İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “H/Ş elektron qeydiyyatı” hissəsinə daxil olaraq həyata keçirilir.

Əsas:  Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 5-ci və 5-1-ci maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Mikayilov Ali Sahib mi***@gmail.com ID: 684
Salam.menim bakcell operatorundan asan imza nomrem var.men isteyiremki bakcell operatorunda olan asan imza sertifikatimi legv edib azercell operatorundan asan imza sertifikati alim.bu mumkundurmu?
13/02/2020 Oxunub: 92 Orta qiymət: 0

Bildiririk ki, sertifikatın ləğv olunması üçün istifadəçi şəxsiyyətini təsdiq edən sənədi Asan Sertifikat Xidmətləri Mərkəzinə (vergi ödəyicilərinə xidmət mərkəzlərinə) təqdim etməklə müraciət etməlidir.

Digər sertifikatın əldə edilməsi üçün ilk növbədə həmin mobil operatordan şəxsin adına Asan İmzanı dəstəkləyən SİM kart əldə edilməli və ya mövcud nömrənin müvafiq dublikatı çıxarılmalıdır.

Daha sonra Asan Sertifikat Xidmətləri Mərkəzinə (vergi ödəyicilərinə xidmət mərkəzlərinə) ərizə və tələb olunan sənədlərlə birlikdə müraciət edilərək müqavilə bağlanmaqla sertifikat alınmalıdır.

Əsas: Vergilər Nazirliyinin 29 fevral 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynli Sahilə Allahverdi qızı sa***@gmail.com ID: 667
Salam. Mən, VÖEN-im üzrə SMS xidmətinə abunə olmuşdum. Lakin sonradan VÖEN-i bağlatdırdım. Bağlı olmasına baxmayaraq, hələ də SMS-lə həmin VÖEN üzrə İnternet Vergi İdarəsində olan elektron qutuya sənədlər daxil olur. Mən həmin sənədləri oxuya bilmirəm və bilmək istəyirəm ki,həmin sənədlərin məzmunu nədir? VÖEN bağlı olduğu halda niyə hələ də həmin sənədlər elektron qutuya gəlir? Öncədən təşəkkür edirəm.
13/02/2020 Oxunub: 88 Orta qiymət: 4

Bildiririk ki, “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidmətinə abunəliyin passivləşdirilməsi üçün “stop” yazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir.

Eyni zamanda, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Məmmədhəsən Hüseynov Bəxtiyar oğlu ma***@gmail.com ID: 698
Salam. Mənim sualım Qeyri Hökumət Təşkilatları ilə bağlıdır. İlk növbədə bilmək istərdim QHT-lər dövlət yoxsa qeyri-dövlət sektoruna aiddir? Bir QHT müəyyən layihələrin həyata keçirilməsi məqsədi ilə həm dövlətdən həm də digər QHT-lərdən maliyələşir. Dövlət tərəfindən maliyələşən zaman onun işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdırmi? Həmçinin DSMF ödənişləri hesablaması dövlət sektoruna görəmi hesablanmalıdır?
13/02/2020 Oxunub: 222 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

 “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” (bundan sonra – Meyarlar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Bildiririk ki, dövlət orqanının elan etdiyi tenderdə qalib olmuş Qeyri Hökumət Təşkilatı ilə  tərəflər arasında bağlanmış müqaviləyə əsasən xidmətlərin göstərilməsi və işlərin görülməsinə görə qrantın ayrılması dövlət büdcəsindən maliyyələşmə hesab edilmir. Buna əsasən Qeyri Hökumət Təşkilatı qeyri-dövlət sektoru hesab edilir və  işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır.

Müvafiq olaraq həmin şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vüqar İsmayılov Mürsəl is***@yahoo.com ID: 861
Salam! 2020-ci ildən ədv əvəzləşmə paketinin hazırlanması barədə məlumat verməyinizi xahiş edirəm.
12/02/2020 Oxunub: 53 Orta qiymət: 0

Bildiririk ki, elektron qaimə-fakturanın (o cümlədən əvəzləşmə üçün) Oflayn rejimdə hazırlanması üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - EFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyə, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlaya və paketləyə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, elektron qaimə-faktura üzrə əvəzləşdirmə zamanı istifadə olunan e-qaimə nümunəsini İnternet Vergi İdarəsinin “e-Qaimə faktura” bölməsinin “İstifadəçi təlimatları” altbölməsində “Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr”i seçməklə əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Emil Səfərli em***@yahoo.com ID: 616
Salam hörmətli vergi əməkdaşları! 2020-ci il vergi qanunvericiliyindəki dəyişikliklərlə bağlı sualımı cavablandırmağınızı xahiş edirəm. ƏDV ödəyicisi olan MMC 2020 ci ilədək gələcəkdə satış məqsədilə 100 ədəd daşınmaz əmlaka (yaşayış və q/yaşayış) investisiya yatırmışdır. Nəzərinizə çatdırım ki, bu əmlaklar alınan zaman notarius tərəfindən sadələşdirilmiş vergi tutulub dövlət büdcəsinə ödənilmişdir. Yəni əmlakın dəyərinə bu vergilər də daxil edilmişdir. 2020-ci ildə bu əmlaklar satılarkən hansı vergilərə cəlb olunacaq? Əgər ƏDV hesablanarsa, bu əmlakın dəyərini əhəmiyyətli dərəcədə yüksəldəcək və MMC nəinki qazac götürəcək, hətta bu əməliyyatlardan zərər edəcəkdir. Əvvəlcədən təşəkkür edirəm.
12/02/2020 Oxunub: 134 Orta qiymət: 3

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən  mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Məlikov Rəşad Rasim oğlu rr***@gmail.com ID: 614
İnternet vasitəsilə elektron kitab və video-materiallar almaq istəyirəm. Vergi məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr ƏDV-dən azaddır. Bilmək istərdim ki, Elektron kitabın və video materiallarının alışı zamanı məndən 18% ƏDV tutulacaq? Elektron kitab və video materiallar kütləvi informasiya vasitələri məhsulu sayılır?
12/02/2020 Oxunub: 219 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Elektron qaydada xidmətlərin göstərilməsi və işlərin görülməsi dedikdə informasiya sistemlərindən istifadə edilməklə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur.

Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilmişdir.

Bununla yanaşı, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəalarına əsasən, dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları kütləvi informasiya vasitələri hesab edilir. Çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər dövri mətbu nəşrlərdir. Mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi kütləvi informasiya vasitəsinin məhsuludur.

Əsas: Vergi Məcəlləsinin 164.1.7-ci, 168-ci, 169-cu maddələri, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 550
Vergi ödəyicisi (ƏDV ödəyicisi) bəzi malları maya dəyərindən aşağı qiymətə satərkən , təqdim etdiyi mallara görə hesablanmış ƏDV idxalda ödənilmiş və əvəzləşdirdirilmiş ƏDV-dən az olduqda, yaranmış fərq vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməlidir. Bu büdcəyə bərpa edilən fərqdən yaranan ƏDV məbləği faktiki olaraq vergi ödəyicisinin xərcidir. Bu xərc məbləği gəlirdən çıxılan xərclərə aid edilirmi?
12/02/2020 Oxunub: 268 Orta qiymət: 4

Bildiririk ki, məzmun etibarilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən, ƏDV konkret müəssisənin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Vergi ödəyiciləri təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələdə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər, lakin son istehlakçının ƏDV-ni geri qaytarmaq imkanı olmur.

ƏDV-nin hesablanması zamanı vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi ƏDV tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir. Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV-nin vergitutma obyektini, Vergi Məcəlləsinin 175-ci maddəsi isə ödənilmiş verginin əvəzləşdirilməsini tənzimləyən maddələrdir.

Bu baxımdan da ƏDV ödəməklə əldə edilən mallara görə ödənilən vergi məbləği əvəzləşdirildiyi halda və sonradan həmin mallar qeyri-kommersiya məqsədləri üçün istifadə edildikdə onların dəyərinə Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV tətbiq edilməklə əvəzləşdirilən ƏDV məbləği büdcəyə bərpa edilməlidir və həmin məbləğ gəlirdən çıxılan xərclərə aid edilmir.

4/5 (10 Orta qiymət)
Qiymət ver:
Rəhim Vəliyev Qafil oğlu ma***@gmail.com ID: 852
Salam. Mən fərdi sahibkar kimi vergi ödəyicisiyəm. 2019-cu ilin dekabr ayında Gürcüstana gedərək şəxsi istifadə üçün avtomobil almışam. Bütün xərcləri nəğd şəkildə ödəmişəm və özüm sürərək Azərbaycana gətirmişəm. Avtomobilin gömrük rüsumlarını ödəyən zaman gömrük işçiləri Vergilər nazirliyindən verilən göstərişə əsasən avtomobilin sahibkar balansına salınmasının şərt olduğunu və əks halda rəsmiləşdirilməsinin mümkün olmayacağını bildirdilər. Mən avtomobili şəxsi istifadə üçün almışam və şəxsi istifadə üçün istifadə edirəm. Bütün xərclərini də sahibkar hesabımdan yox, şəxsi pulumla qarşılayıram. Vergiyə verilən İllik hesabatda avtomobili göstərmədiyim üçün uyğunsuzluq göndəriblər ki, sənin balansında avtomobil var. Hətda gömrük rüsumlarında nəğd şəkildə şəxsi pulumla ödəmişəm. Avtomobilin sahibkar balansımdan çıxarılması üçün nə etməliyəm? Mən vergi ödəyicisiyəmsə şəxsi avtomobilim ola bilməzmi?
11/02/2020 Oxunub: 58 Orta qiymət: 3

Bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Səlimov Vüsal Vaqif oğlu vu***@yahoo.com ID: 847
Salam. Şirkət davamlı olaraq xidmət həyata keçirir. Xidmət müqaviləsinə əsasən hər ay göndərdiyi elektron qaimə faktura üzrə xidmət haqqını alır. Davamlı olaraq həyata keçirilən xidmət üçün hər ay göndərilmiş elektron qaimə fakturadan əlavə təhvil-təslim aktı da hazırlanmalıdır?
10/02/2020 Oxunub: 64 Orta qiymət: 0

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır.

İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qasimzadə Fəridə Eldar fa***@gmail.com ID: 707
Üzvlük haqqına görə ABA elektron-qaimə faktura verməlidirmi?
08/02/2020 Oxunub: 114 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin  16.1.11-6.1-ci, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Müraciətinizdə qeyd olunan, banklar tərəfindən ödənilən üzvlük haqları qarşılığında hər hansı xidmətlər göstərildiyi halda xidmətin alıcılarına elektron qaimə-faktura təqdim edilməlidir.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimova Aysel Namiq ay***@gmail.com ID: 628
Salam. Mən dövlət müəssisəsinin yenidən təşkili ilə bağlı lazım olan prosedurlar barədə məlumat almaq istəyirəm. Yenidən təşkil olunduğu zaman balansın ötürülməsi və bu kimi hansı prosedurlar həyata keçirilir və necə həyata keçirilir? Rüblük qalıq hesabatlar tərtib olunub adi qaydada göndərilir? Eyni zamanda balansın ötürülməsi prosesi. Zəhmət olmasa bu barədə məlumat verərdiniz.
07/02/2020 Oxunub: 190 Orta qiymət: 4

Bildiririk ki, hüquqi şəxsin yenidən təşkilinin bir forması olan birləşmə həmin hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Bu zaman hüquqi şəxs yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı yenidən təşkil haqqında qərar qəbul etmiş təsisçilər (iştirakçılar) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və onda yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəlikləri, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar əks etdirilməlidir.

Həmçinin bildiririk ki, ləğv edilən müəssisənin vergi öhdəlikləri onun hüquqi varisi tərəfindən yerinə yetirildiyi üçün müvafiq cari vergi bəyannamələri təqdim edilir.

Yenidən təşkil edilmiş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlər ilə bağlı səhifəmizdə yerləşdirilmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” ilə tanış olaraq məlumat ala, hüquqi şəxslərin birləşməsinin vergitutma məsələləri ilə bağlı isə Vergi Məcəlləsinin 80-ci və 147-ci maddələri ilə tanış ola, aydın olmayan məqamlar barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 80-ci və 147-ci maddələri, Mülki Məcəllənin 55-58-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
David Emilov da***@mail.ru ID: 644
Salam. Məlumdur ki, 01.01.2020 tarixində ət satışı ƏDV-dən azad edildi. ƏDV ödəyicisi olan şirkət həm ət satır, həm də digər mallar satır və bunların hər birinin uçotunu elektron qaimə-fakturalara əsasən ayrıca aparır. Bu halda ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərik. Lakin vergi orqanı ƏDV-dən azad olunan dövriyyənin xüsusi çəkisi qədər əvəzləşdirə bilməyəcəyimizi bildirir. Biz tam əvəzləşmə etmək üçün nə etməliyik? Əks halda bu azad olmanın şirkətə heç bir faydası olmur. Məsələn, hesablanan ƏDV 1.100.00 AZN, əvəzləşə bilən ƏDV 1.000.000 AZN olsa ay ərzində büdcəyə hesablama 100.000 AZN olur, lakin xüsusi çəkini nəzərə alsaq (hesab edək ki, 1%) o halda büdcəyə hesablama 110.000 AZN olur.
07/02/2020 Oxunub: 212 Orta qiymət: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-in əvəzləşdirilməsi üçün iki hal nəzərdə tutulmuşdur:

-həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

-mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda isə ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Əsas: Vergi Məcəlləsinin 164-cü, 175.1-ci və 175.4-cü maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Kərimova Mahirə Davud qızı vi***@gmail.com ID: 829
ƏDV ödəyicisi Azərbaycanda qeyri-rezidentə, fiziki şəxsə və hüquqi şəxsə xidmət göstərir. Vergi Məcəlləsində hər hansı bir maddə nəzərdə tutulub ki, o maddəyə əsasən ƏDV ödəyicisi qeyri-rezidentə göstərdiyi xidmətə görə ƏDV-ni tətbiq etməsin, ƏDV-siz xidmət göstərsin?
07/02/2020 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin yalnız rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlərin təqdim edilməsi ƏDV-yə 0 (sıfır) faiz dərəcəsi ilə cəlb edilir. Bu hal o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələr tərəfindən yuxarıda göstərilən işlərə, xidmətlərə və əməliyyatlara görə ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin.

Vergi Məcəlləsinin qeyd olunan maddəsinin tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin 27 mart 2006-cı il tarixli 89 nömrəli Qərarı ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları” təsdiq olunmuşdur.

Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, malların və xidmətlərin satışı nümayəndəliklərlə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr əsasında həyata keçirildikdə, bu əməliyyatlar zamanı ƏDV-nin sıfır (0) dərəcəsi hər bir konkret nümayəndəliyə münasibətdə qarşılıqlı prinsipə əsasən istisnalar (məhdudiyyətlər) nəzərə alınmaqla, Xarici İşlər Nazirliyi tərəfindən həmin nümayəndəliklərə Qaydaların 1 nömrəli əlavəsinə uyğun verilən Bildirişdə göstərilən qaydada tətbiq edilir.

Malların və xidmətlərin alışı zamanı nümayəndəlik Bildirişin onun tərəfindən təsdiq edilmiş surətini malların və xidmətlərin satışını həyata keçirən vergi ödəyicilərinə təqdim etməlidir. Bildirişin etibarlı olduğu müddət ərzində bildirişdə göstərilən qaydada ƏDV-nin sıfır (0) faiz dərəcəsi tətbiq edilir.

Bildirişin surəti təqdim edilmədikdə isə mallara və xidmətlərə əlavə dəyər vergisinin sıfır (0) faiz dərəcəsi tətbiq edilmir.

Eyni zamanda, bildiririk ki, podratçı tərəfin, əməliyyat şirkətinin və onun subpodratçılarının karbohidrogen fəaliyyətləri ilə bağlı aparılan əməliyyatları malı, işi, xidməti təqdim edən şəxsə alıcı tərəfindən müvafiq sertifikat təqdim olunduğu halda ƏDV sıfır (0) faiz dərəcə ilə cəlb olunur.

Əsas: müxtəlif Sazişlər üzrə “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”lar, Vergi Məcəlləsinin 2.7-ci, 165-ci maddələri, Nazirlər Kabinetinin 27 mart 2006-cı il tarixli 89 nömrəli Qərarı ilə  “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vusal Hasanov ha***@yahoo.com ID: 813
Salam. Xahiş edirəm VM-nin 13.2.8-ci maddəsinin 2-ci abzasının mahiyyətini təfsilatı ilə izah edəsiniz. Nə üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır? Bu anlayışlar ƏDV-nin hansı məqsədlərinə cavab vermir? Ümumiyyətlə, bir vergi olaraq ƏDV-nin məqsədi nədir? Əvvəlcədən minnətdaram.
04/02/2020 Oxunub: 103 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 12-ci maddəsinin müddəalarına uyğun olaraq, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementləri, o cümlədən də vergitutma obyekti müəyyən edilmiş olsun.

Həmçinin, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal əlavə dəyər vergisinin vergitutma obyektini təşkil edir.

Vergi Məcəlləsinin 13-cü maddəsində anlayışların izahı, o cümlədən 13.2.8-13.2.11-ci maddələrdə mal, qeyri-maddi aktiv, malların təqdim edilməsi, xidmət (iş) anlayışlarının vergitutma məqsədləri, eyni zamanda Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün izahları verilmişdir.

Belə ki, ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal, pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi isə xidmət sayılmır. Yəni pul vəsaiti və torpaq digər şəxsə təqdim olunan zaman ƏDV üçün vergitutma obyekti yaranmır.

Bununla belə, vergitutuma obyektlərini təşkil edən elementlərə bəzi hallarda iqtisadi, sosial və hər hansı digər səbəbdən vergitutma obyekti kimi baxılmır və ya vergitutma obyekti kimi həmin elementdən hesablanmalı olan vergi məbləği müddətli və ya müddətsiz güzəşt edilir.

Qeyd olunanlar barədə daha ətraflı məlumatı vergilərə aid nəzəri mənbələrdən, o cümlədən dərsliklərdən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 12-ci, 13-cü, 159-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahmudov Anar Eldar oğlu an***@inbox.ru ID: 658
Salam! Mən, Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Anar Eldar oğlu, 2015-ci ildən etibarən xarici dövlətdə daimi yaşayıram və yaşadığım dövlətdə sahibkarlıq (biznes) fəaliyyəti ilə məşğulam. Buna görə də mən yaşadığım xarici dövlətin vergi sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışam və mənim adıma müvafiq vergi eynilləşdirmə kodu verilmişdir. Mən bizneslə məşğul olduğum xarici dövlətin vergi orqanlarına vergi hesabatlarını təqdim edirəm və hesablanmış vergiləri ödəyirəm. Bildirirəm ki, Azərbaycan Respublikasının vətəndaşlığından başqa, mən heç bir zaman hər hansı bir xarici dövlətin, hal-hazırda yaşadığım dövlət də daxil olmaqla, vətəndaşı olmamışam, hal-hazırda da deyiləm. 2015-ci ilin əvvəlindən sonra bu günədək mənim Azərbaycana səfərim olmamışdır. Sual: 2015-ci ildən başlayaraq xarici dövlətin ərazisində daimi yaşamağımı, Azərbaycan Respublikasının vətəndaşı olmağımı və heç bir başqa dövlətin heç bir zaman vətəndaşı olmadığımı nəzərə alınmaqla, mən Azərbaycan Respublikasının vergi rezidenti, yaxud vergi qeyri rezidentiyəm? Əvvəlcədən Sizlərə öz dərin təşəkkürümü bildirirəm.
03/02/2020 Oxunub: 378 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən, təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarlara Azərbaycan Respublikasının rezidenti sayılır.

Vergi Məcəlləsinin 13.2.5.2-ci maddəsinə əsasən, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi

4/5 (10 Orta qiymət)
Qiymət ver: