Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən gəlir - malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir.

Sorğunuzda qeyd olunan vəsaitin, konkret olaraq hansı mənbədən daxil olması haqda ətraflı məlumatı, hesablardan çıxarışı və vergi tutulan əməliyyatlarınızın olub-olmaması haqda məlumatı qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur. Bu halda vergi orqanı tərəfindən vergi öhdəliyinin yaranıb-yaranmamasına münasibət bildirilə bilər.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Elektron qaimə-faktura malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası” ilə tənzimlənir. 

Həmin Qaydaların 2.5.3-cü bəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. 

Həmçinin bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim edərək əlavə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq etməklə hesablanır.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar üzrə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq vergi məbləğinin cari il üçün bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsi barədə tədiyə bildirişini verilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci və 200-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Vergi orqanlarına işə qəbul imtahanında iştirakla bağlı hərbi xidmətdən möhlətin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Həmçinin, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. 

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.

Eyni zamanda, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

Sorğunuzda qeyd olunan halda, aktın nüsxəsi vergi orqanı tərəfindən 5 gün ərzinzə poçta təqdim edildiyi üçün yuxarıda qeyd olunan maddələrin tələbləri pozulmur.

Əsas: Vergi Məcəlləsinin 39.4-cü və 72-1-ci maddələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”.

 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyətində istifadə edilməyən şəxsi avtomobilin satışını həyata keçirən şəxs vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Həmçinin bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Müvafiq olaraq sorğunuzda qeyd olunan əməliyyata dair əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 37-ci və 102.1.7-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Cavab 1. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 166.5-ci maddəsinə əsasən, vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan əməliyyat üzrə B müəssisəsi ƏDV-yə cəlb olunan mallar üzrə malların ƏDV-siz dəyərini tam ödədikdə vergi tutulan əməliyyat hesab olunur. Malların dəyəri hissə-hissə ödənildikdə isə  hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Cavab 2. ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Eyni zamanda, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Sorğunuzda qeyd olunan ƏDV-yə cəlb olunan malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi təqdirdə, ödənişin həyata keçirildiyi vaxt ƏDV-nin əvəzləşdirmə vaxtı hesab olunur. ƏDV-yə cəlb olunan malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. 

Əsas: Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilir. Buna əsasən qrantın verilməsi və alınması haqqında müqavilələr qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qeydiyyata alınaraq qrant kimi tanındığı halda (müqavilənin qeydə alınmasını təsdiq edən bildiriş əsasında) həmin qrantlar hesabına resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0)  dərəcə ilə tutulur.

Əsas: Vergi Məcəlləsinin 165.1.2-ci maddəsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”

Ümumi qiymət: 4/54
Qiymət ver:

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçinin 250 manat əməkhaqqından gəlir vergisi tutulmur və 11 manat sosial sığorta haqqı, 1.25 manat işsizlikdən sığorta haqqı, 2.5 manat icbari tibbi sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.19-cu maddəsinə əsasən xalis mənfəət mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. 

Sorğunuzda qeyd olunan halda, müəssisənin keçmiş dövrün bölüşdürülməmiş mənfəəti hesabına cari ilin zərərini ödəməsi haqda qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.  

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməldiir. Yenidən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə, fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi Məmmədyarov Seymur Cavad oğlunun (VÖEN 1202615072) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda yerli internet platformaları vasitəsilə təqdim edilən mala görə alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
 

Ümumi qiymət: 4/56
Qiymət ver:

Sorğuda göstərilən halda qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən  proqram təminatı satışından əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Bunlarla yanaşı qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 104.2-ci, 126-cı və 155.1-ci maddələri ilə tənzimlənir.  
 

Ümumi qiymət: 5/54
Qiymət ver:

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzindən (195-1) istifadə qaydası ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, fəaliyyətiniz üzrə əldə etdiyiniz gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda tərəfinizdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verməli və əldə etdiyiniz gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV ödəməlisiniz. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 96-cı, 155-ci, 157-ci, 159-cu və 218-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver: